Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İlham Əliyev niyə “mən” demir?..

İlham Əliyev niyə “mən” demir?..

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Prezident İlham Əliyev bir qayda olaraq “mən!” demir. Daha doğrusu, İlham Əliyev “mən!” xitabına adətən məsuliyyət daşıdığını vuğulamaq istədiyi zamanlarda müraciət edir.

Məsələn: “…nəyi, necə və nə vaxt etmək lazımdır, bunu mən(!) bilirəm!” şəklində. Amma qazanılması 100 illərdə bir dəfəyə təsadüf edən zəfərin, tariximizin ən böyük nailiyyətinin müəlliflik hüququnu misilsiz bir alicənablıqla xalqın ayağına böyük ürəklə yazır. “Mən etdim” demədən. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatmış 44 günlük müharibədə də, dövlət suverenliyinin təmin olunması ilə nəticələnmiş antiterror əməliyyatında da qazanılmış uğurlara görə, Azərbaycan döyüşçüsünə, Azərbaycan xalqına təşəkkür etmişdi. Özünü təvazökarlıqla arxa plana keçirməklə! Şuşanın azad edilməsi münasibətilə etdiyi tarixi müraciətdə cənab Əliyev, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!” demiş, amma fikrini “Şuşanı azad etdik!” - deyə tamamlamışdı.

Cənubi Qafqaza sülhün gəlişinə görə Prezident Trampa Ağ Evdə təşəkkür jesti də mənə görə İlham Əliyevin mahiyyətindəki təvazökarlıqdan irəli gəlir. Biz onu tanıyırıq: Yurd-yuvasına qayıdan keçmiş köçkünlərlə görüşdə bəxtəvər sakinlərin “Sağ olun, bu günü bizə yaşatdınız!” kimi alqış-dualarının cavabında dərhal şəhid və qazilərimizin uğurunu, qalib xalqın qürurunu önə çəkən Lider. Amma hamımız yaxşı bilirik ki, proseslərin əsas müəllifi odur! Elə Qafqaza gətirdiyi yeni reallığın da! Ağ Evdə ABŞ Prezidentinə Qafqazda sülhə görə təşəkkür, Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış etmək də qüdrətli liderə xas təvazökarlığın ali dərəcəsi idi. D.Trampın Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün edəcəklərinə görə qabaqcadan minnətdarlıq ifadəsi idi! Amma Bayden-Blinken irsi də daxil oımaqla ağır dövr yaşadığımız da faktdır. Axı hələ bir-iki il əvvəl ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya dəvət edilsə də, getməkdən boyun qaçırmışdı.

Amma indi Şuşa, Xankəndi, Laçın….bütün Qarabağ və Şərqi Zəngəzur ABŞ-də, Ağ Evin ən yuxarı başında idi.

İlham Əliyev o Prezidentdir ki, atasına indi artıq tarixə gömülməkdə olan Minsk Qrupunun ABŞ-li həmsədri ad günü hədiyyəsi olaraq Ağdam məscidinin bir çınqılını bağışlamış, Heydər Əliyev isə o çınqılı Qarabağ boyda qəbul etmişdi. Bəli 5 il əvvələdək qlobal güclər Qarabağı Azərbaycana, beləcə çınqıl-çınqıl qaytarmağı planlaşdırırdılar. O da hələ qeyri-müəyyən statusla. Və çınqıl sayı ilə ölçülən vaxt ərzində. Onillər boyu işğal dövrünün reallıqlarını, acı nəticələri qəbul etməyi Azərbaycana tövsiyə, diqtə edənlərin meydançasında bu gün Azərbaycan öz tarixi qələbəsini həm qeyd, həm qəbul, həm də həzm etdirirdi. Başqalarını deyə bilmərəm, amma mənə belə gəlir ki, Trampın şəxsən təqdim etdiyi Ağ Evin rəmzi açarına cənab Əliyev Zəngilanda hava limanında qəbul etdiyi, Şuşada, Ağdamda, Laçında, Cəbrayılda… bəxtəvər sakinlərə bağışladığı mənzillərin açarlarının məntiqi davamı olaraq nail oldu. Bəli, ABŞ-də Azərbaycan və Ermənistan sülh sazişini parafladılar. Bu hadisə ABŞ-nin şahidliyi ilə baş verdi. Amma şəraitin də, şərtlərin də müəllifi İlham Əliyev idi. Təvazökar. Sadə. Məmnun.

Xoşbəxt İlham Əliyev. Üzündə qalibiyyətdən doğan təbəssüm, fərəh. Başdan ayağa bəxtəvərlik saçan Lider. Ona görə də sənədin etibarlı olacağına, Cənubi Qafqazda sülhə zəmanəti dünyanın ən qüdrətli dövlətinin tribunasından məhz İlham Əliyev verdi: “Tam əmin ola bilərsiniz, Azərbaycan xalqı, Azərbaycan icması, burada baş verən hadisələr nəticədə uzunmüddətli, əbədi sülhə gətirib çıxaracaq”. Tramp məhz bu nidanı alqışladı. Beş il əvvəl “Qarabağ Ermənistandır, nöqtə” deyən Nikol Paşinyanın Ağ Evdə dediyi bu sözləri isə təkcə İlham Əliyevin çıxışına əlavə kimi yox, həm də 40 ilə yaxın davam etmiş aqressiv Ermənistan yoluna aid etmək olar: “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm yoxdur”.

Mən burada Birgə Bəyannamənin detallarını şərh etmək fikrində deyiləm. Sənəd yekun sülh sazişi imzalanana qədər əsas istinad mənbəyi olacaq. Elə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun əhəmiyyəti, onun yenilənmiş qlobal arxitekturada rolu barədə də ətraflı danışmağa imkanımız çox olacaq. Hər halda bu sənəd sərvətlərimizi nəyinsə müqabilində kiməsə maya dəyərindən də aşağı qiymətə verməyə məcbur olmağı rəsmiləşdirməkdən ötrü deyil. Birgə Bəyannamə bir müstəqil dövlətin digər müstəqil dövlətlə tam bərabər hüquqlu tərəfdaş kimi münasibət qurmaq, ləyaqətlə davranmaq nümunəsidir. D.Tramp heç bir liderə İ.Əliyevə göstərdiyi ehtiramı göstərməmişdi. Təkrar edirəm, bu mövzularda çox danışacaq, Prezident İham Əliyevin Azərbaycanı, onun qələbəsini ətrafdakı təlatümlərdən, burulğanlardan qoruyaraq möcüzəli bir şəkildə Ağ Evdə hansı səviyyədə təmsil etdiyini detalları ilə şərh etməyə çalışacağıq. Amma indi mən sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, Dövlət Himnimizin Ağ Evin önünə gedən yolu Xankəndidə hərbi paradda silahlı qüvvələrimizin ifa etdiyi himnin yolunun davamıdır. Hərbi Qənimətlər parkında bu gün də nümayiş etdirilən eksponatlar Ermənistan və havadarlarının vitrinə qoyulmuş məğlubiyyəti olmaqla yanaşı həm də Müzəffər Ali Baş komandanın, Azərbaycan döyüşçüsünün iradəsinin, əzminin, əzələsinin göstəricisidir.

Əlbəttə, biz İlham Əliyevlə Donald Trampın çəkdirdiyi fotoya baxıb qürurlanırıq. Qürurlanmalıyıq da. Amma bəlkə hər birimiz içimizdə Müstəqil dövlətimizlə bir selfi də çəkək!? Öz məsuliyyətimiz, etməli olduqlarımız, vətəndaş vəzifələrimiz haqqında düşünərək. Vətəni, dövləti, cəbhədəki qələbəni qoruduğumuz kimi, biz qazandığımız sülhü də qorumalıyıq. Azərbaycan sülhə doğru addımlarında ardıcıldır. Amma müharibə də hələ bitməyib.

Elə bu günlərdə bir neçə hərbçimiz minaya düşdü. Deməli, azad etdiyimiz yerlərin altını minalardan, üstünü Ayvazovskilərdən, təmizləməkdə davam erməliyik. İllər boyu dost-qardaş qiyafəsinə təğyir-libas edilərək beynimizə yeridilmiş Mixalkovlara, Şvıdkoylara məntiq və ağılla qalib gəlməliyik. Mixalkovlarla, Şvıdkoylarla mübarizədə muğam əfsanəsi Arif Babayevin, böyük yazıçımız Elçinin ruhuna ehtiramsızlıqla qələbə çalmaq olmaz. Arif Babayevin bu saat, hələ torpağa qarışıb qurtarmamış səs tellərində “Qarabağ şikəstəsi”nin yerləri qalır. Torpağın altında Elçinin kəfəninə hopmaqda olan rütubət “Şuşaya düman gəlib”dən düşür. Bu gün Arif Babayevin, Elçinin ruhuna dil uzatmaq Mixalkovla, Şvıdkoyla, Solovyovla, Ayvazovskinin xortladılan ruhu ilə bir yerdə olmaqdır: Separatçılığın ən iyrənc növüdür. Bundan sonra ən böyük cəbhəmiz Tarix və Mədəniyyət sahəsində olacaq. Ağ Evdə hər şey bitmədi.

Düzdür, Azərbaycan öz qələbəsini, öz sülhünü, öz ədalətini dünyanın bir nömrəli paytaxtından bütün dünyaya elan etdi. Amma prezident İlham Əliyevin sözləri ilə desək, yeni laylar tərpəndi. Bu dəfə. Yenidən. Biz uğurumuzu həzm edə bilməyənlərlə mübarizəyə hazır olmalıyıq. İndi, bu fərəh tıxacında, hər kəsin özünü diplomatik uğurun qohum-əqrəbası tək aparmağa başladığı, Ağ Evin başına dolanıb qadasın aldığı bir vaxtda xüsusilə diqqətli olmaq lazımdır. Bu gün heç də hamı razılıq əlaməti olaraq susmur. Ona görə susanlar da var ki, sadəcə dişlərini bir-birinə sıxıb. Zəngəzur dəhlizini dünənədək qırmızı xətt elan edən İran İslam Respublikası öz xəttinə yenidən baxmağa məcbur olacaq. Çünki Tehranın qırmızı xətti İrandan ötrü bundan sonra Tramp xətti adlanacaq.

Tarix dəyişir. “8” əvvəl Şuşanın işğal mayına aid idi. 2020-ci ilin noyabrından sonra “8”- Zəfər nömrəsi oldu. Ağ Evdə ABŞ vaxtı ilə işarələdiyimiz yeni 8 avqust da 8 noyabrın ekiztayıdır. İçindəki qələbənin ruhu ilə. Və bu yeni 8 avqust həm də Cənubi Qafqazın təqvimini dəyişir. Bizim Qafqazın yadında təqvimin “8” rəqəmi bundan sonra təkcə Rusiyanın Gürcüstana hücumu ilə, Abxaziya və Cənubi Osetiyanı ilhaq etməsi ilə qalmayacaq. 2025-in 8 avqustu həm də təsəllidir: Heç vaxt ruhdan, ümiddən düşməməyə çağırışdır. Gürcüstan 8 avqustu 2008-ci ildən qalma məğlubiyyətlə deyil, Ərazi bütövlüyünün, Dövlət suverenliyinin Ağ Evdə təntənəsi ilə təhtəlşüuruna yerləşdirməlidir. “Belə bir gün Gürcüstan üçün də olacaq!” - deyə. “8 avqust, 2025” - Ukrayna dilinə də dözüm, dirəniş, işğalla barışmamaq, nəticədə milli qüruru qorumaq, cəbhədə olduğu kimi masada da qalib olmaq kimi tərcümə edilməlidir!

2025-ci ilin 8 avqustu artıq tarixdir. Qarabağdan Ağ evə qədər uzanan və qalib Iiderin dünyaya elan etdiyi Azərbaycan tarixi. Qürurla yaşamalıyıq. Amma heç nəyi unutmadan.

Qisas hissindən uzaq olaraq yaşamalıyıq. Amma onu da yaddan çıxarmamalıyıq ki, müharibə Şəhidlər xiyabanında heç vaxt bitmir. Onların ruhuna düzlənməliyik: Böyük Sülh naminə! Qafqaza sülh gəlir, bunu unutmamalıyıq. Amma Müzəffər Ali Baş komandanın kod sözlərini də yaddan çıxarmamalıyıq: “nəyi, necə və nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” Sadəcə parol, hər kəsin, hər bir vətəndaşın anladığı dildə. Sizi başa düşürük, cənab Prezident! Bizə tam əmin ola bilərsiniz! Yeni Qafqaza hazırıq!

Mir Şahin Ağayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Avqust 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri