İlham Əliyev Suriya ilə bağlı məsləhətləşmələr aparır Fidan
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.
“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın yenidənqurulmasında Türkiyə ilə məsləhətləşmələr aparır.
“Cənab İlham Əliyev Türkiyə ilə Suriyanın təhlükəsizliyi, infrastrukturu və iqtisadiyyatına dəstəklə bağlı iş aparır. Azərbaycanın verdiyi
hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq”, – Fidan qeyd edib.
XİN başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında sadəcə qardaşlıq deyil, dövlət qurumları arasında peşəkar əməkdaşlıq da mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















