Icma.az
close
up
RU
İlham Əliyevdən Ermənistana və havadarlarına mesaj: sülh olmalı, müharibə səhifəsi bağlanmalıdır ŞƏRH

İlham Əliyevdən Ermənistana və havadarlarına mesaj: sülh olmalı, müharibə səhifəsi bağlanmalıdır ŞƏRH

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin yerli və xarici mediaya müsahibələri artıq ənənəyə çevrilib. Yanvarın 7-də yerli televiziya kanallarına müsahibə də bu qəbildəndir. Səslənən fikirlər, verilən mesajlar, indiki reallıq və qarşıdakı dövr üçün mühüm önəm kəsb edir.

Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Qərbin Azərbaycana qarşı qərəzi, Qərbi azərbaycanlıların geridönüşü, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı müsahibədə açıq fikirlər ifadə olunub.

Dövlət başçısı, eyni zamanda müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini açıqladı. Müsahibə həm də ölkəmizin gələcək hədəfləri baxımından aydın mesajların verilməsi ilə də diqqəti cəlb edir. Bütövlükdə, müsahibə bir sıra vacib geosiyasi məsələlərin müzakirəsi və ölkənin regional siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiqdir.

Prezidentin Ermənistanı silahlandıran, onu revanşizmə sürükləyən dairələrə mesajı xüsusilə diqqət cəlb edir. İlham Əliyev Ermənistanın düşdüyü rəzil duruma qiymət verərək “Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir” deyib.

Bu işdə Qərbin bir sıra strukturlarının, xüsusilə də, Avropa İttifaqının “sülh fondu” tənqid edilib.

“Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil”, - dövlətimizin başçısı vurğulayıb.

Həmin qüvvələr, dövlətlər hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmağa çalışırlar. Konkret adlar da çəkilib. Söhbət keçən ilin aprelində “əməkdaşlıq platforması”nın yaradılmasından gedir. Bura ABŞ, Avropa İttifaqı və Ermənistan daxildir. Onun hədəfini də Prezident açıq ifadə edib:

“Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz”.

Yeri gəlmişkən, Azərbaycan müstəqil xarici siyasət yürüdür və Ermənistandan fərqli olaraq hər hansı bir dövlət qarşısında da öhdəliyi yoxdur. Prezidentin mesajı da buna köklənib. O, bir daha bəyan edib ki, rəsmi Bakı İrəvanla ikitərəfli danışıqlar formatının tərəfdarıdır. Ermənistana da bu yolla getməyi tövsiyə edib. Sadəcə, onun silahlanması yeni gərginliyə gətirib çıxara bilər. Azərbaycan isə dəfələrlə bəyan edib ki, bunu istəmir.

“Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar”, - Prezident əlavə edib.

Müsahibədə növbəti dəfə Fransanın ünvanına sərt fikirlər səsləndirilib. Məhz Makron Fransası 2020-ci ildən sonra Azərbaycana qarşı qərəzli, riyakar mövqeyi ilə seçilib. “Ermənidən artıq erməni olmaq” - Makron hakimiyyətinin əsas prioritetlərindən birinə çevrilib. Elə dövlət başçısı da bunu xüsusi qabardıb:

“Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır”.

Özünü fövqəldövlət adlandıran Fransa və onun liderinin acizliyi göz önündədir. Dövlət başçısı bunu belə izah edib:

“Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb”.

Fransa prezidentinin həmin çıxışından belə çıxır ki, bu ölkənin bütün problemləri həqiqətən də Azərbaycanla bağlıdır.

Sadəcə, Fransanın indiki iqtidarı yüz illər fransız cəmiyyətində hökm sürən tolerantlığı azərbaycanafobiya ilə əvəzləməyə çalışırlar. Təəssüf ki, müəyyən mənada buna müvəffəq olublar. Müxalifət də hakimiyyətlə birlikdə erməni lobbisinin təsiri altındadır. Məsələn, onların Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırlamaq kifayətdir. Makronun rəqibləri ola-ola separatçıların nəzarətində olan ərazilərə səfər etmişdilər. Prezident də bunu açıq ifadə edib. İslamafobiya, ksenofobiya, hətta antisemitizm fransız siyasi sinfinin fərqli cəhətləridir.

Erməni lobbisinin təsiri altında olan tək Fransa deyil. Bu sırada Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul edən Avropa Parlamenti, Avropa İttifaqı da var. Sonuncunun Ermənistandakı missiyasının fəaliyyəti də qərəzlidir. Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması da bura daxildir.

Qeyd edək ki, ötən ilin sonlarında Polşa prezidenti də missiyanın olduğu əraziyə gedib.

“Binoklla sanki düşmənə baxırsan. Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə, onda biz necə münasibət göstərə bilərik? Mən hələ xarici işlər üzrə sabiq ali nümayəndənin destruktiv rolundan danışmıram. Başqa məsələlər də var. Çoxlu məyusluq oldu”, - Prezident müsahibəsində bildirib.

Hesab edirik ki, dövlət başçısının toxunduğu ən əhəmiyyətli məsələlərdən biri də Qərbin müəyyən dairələrinin Azərbaycanla mübarizəni özlərinin az qala həyat amalına çevirmələridir.

Beləliklə, dövlət başçısının fikirlərindən doğan əsas nəticə kimi, əvvəla, Azərbaycan dövləti öz doğru bildiyi yolda davam edəcək və heç bir qüvvə də onunla hədə-qorxu dili ilə danışa bilməz. Prezident aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır və bunu da istənilən auditoriyada, istənilən tədbirdə sübut etmək üçün kifayət qədər əsaslar var.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri