Icma.az
close
up
RU
Süni intellekt dövründə IT mütəxəssisi necə fərqlənə bilər?

Süni intellekt dövründə IT mütəxəssisi necə fərqlənə bilər?

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Süni intellektin sürətlə inkişafı IT sektorunda iş prinsiplərini və peşə tələblərini dəyişir. Artıq bu sahədə uğur qazanmaq üçün yalnız proqramlaşdırma biliklərinə sahib olmaq kifayət etmir. Davamlı öyrənmək, yeni texnologiyalara uyğunlaşmaq, analitik düşünmək və süni intellekt alətlərindən düzgün istifadə etmək də mühüm bacarıqlara çevrilir. Bəs dəyişən texnologiya dünyasında İT sahəsində karyera qurmaq və rəqabətdə önə çıxmaq üçün nələrə diqqət etmək lazımdır?

Rəqəmsal texnologiyalar və sosial media üzrə mütəxəssis İntiqam Əhmədov Banco.az-a açıqlamasında bildirib ki, hazırda IT sahəsində karyera qurmaq istəyənlər ilk növbədə özlərini süni intellektlə paralel inkişaf etdirməlidirlər:

"Çünki süni intellekt artıq bu sahənin gələcəyindən deyil, birbaşa bu günündən danışdığımız texnologiyadır. Xüsusilə proqramlaşdırma, kibertəhlükəsizlik, məlumatların analitikası, bulud texnologiyaları və süni intellekt sistemlərinin inkişafı istiqamətləri gələcəkdə daha böyük əhəmiyyət daşıyacaq.

Amma burada vacib bir məqam var: Düşünürəm ki, IT sahəsinə yeni başlayanlar yalnız hansı proqramlaşdırma dilini öyrənəcəklərinə fokuslanmamalıdırlar. Onlar ilk növbədə alqoritmik düşüncəni, problem həll etmə bacarığını, sistemlərin necə işlədiyini və texnologiyanın arxasında hansı məntiqin dayandığını öyrənməlidirlər.

Süni intellekt bu gün kod yaza, məlumatları təhlil edə və bir çox texniki işi avtomatlaşdıra bilir. Lakin onun təqdim etdiyi nəticəni yoxlamaq, düzgün qərar vermək, təhlükəsizlik risklərini qiymətləndirmək və real problemi müəyyənləşdirmək hələ də insanın bilik və təcrübəsindən asılıdır".

Mütəxəssisin fikrincə, gələcəyin uğurlu IT mütəxəssisi süni intellektlə rəqabət aparan deyil, ondan düzgün istifadə etməyi bacaran mütəxəssis olacaq: "Bununla yanaşı, ingilis dili, kommunikasiya, komanda işi və davamlı öyrənmək vərdişi də texniki biliklər qədər vacibdir.

Çünki texnologiyalar sürətlə dəyişir. Bu gün aktual olan bir alət bir neçə ildən sonra öz əhəmiyyətini itirə bilər. Amma analitik düşüncə, öyrənmək bacarığı və texnologiyanı anlamaq qabiliyyəti insanın bütün karyerası boyunca ona üstünlük qazandıracaq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://banco.az
archiveBu xəbər 25 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri