“Axşam nazir Ceyhun Bayramovla birlikdə “Sabah”a azarkeşlik edəcəyəm” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Bu axşam “Sabah” futbol klubuna azarkeşlik edəcəyik.
KONKRET.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu axşam Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının V turu çərçivəsində “Sabah” futbol klubunun “Barselona”ya qarşı oyununu izləyəcək.
“Valdas Dambrauskas və “Sabah” axşamkı oyuna hazırlaşırlar. Mən də nazir Ceyhun Bayramovla birlikdə “Sabah”a azarkeşlik edəcəyəm. Çünki bütün sahələrdə, o cümlədən futbolda qələbə qazanmaq bizim taleyimizdir”, – nazir qeyd edib.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı Bakı vaxtı ilə 21:45-də başlayacaq.
Xatırladaq ki, “Sabah”ın baş məşqçisi litvalı futbol mütəxəssisi Valdas Dambrauskasdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Noyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















