Icma.az
close
up
RU
İlham Əliyevin BMT dəki çıxışı gələcək dünya düzəninin qurulmasında bir tezis xarakteri daşıyırdı Jalə Əliyeva

İlham Əliyevin BMT dəki çıxışı gələcək dünya düzəninin qurulmasında bir tezis xarakteri daşıyırdı Jalə Əliyeva

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Nyu-Yorka Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının növbəti 80-ci toplantısında iştirakı üçün səfər etmişdilər və səfərin ilk günündən bu günə qədər izlənimlərimiz bundan ibarətdir ki, Azərbaycan bir daha öz nüfuzunu, etibarını çox ali bir səviyyədə təsdiq etdirə bilir və prezidentin və Mehriban xanımın iştirakı ilə həyata keçirilən tədbirlər, görüşlər, həm ikitərəfli, həm çoxtərəfli görüşlər, bu görüşlərdə müzakirə edilən məsələlər Azərbaycana böyük etimadın, etibarın növbəti nümayişidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Nyu-Yorka səfəri və İlham Əliyevin BMT kürsüsündən etdiyi çıxışı şərh edərkən bildirdi.

"İlham Əliyev dünən BMT kürsüsündən çox geniş bir çıxış etdi və bu ali kürsüdən səsləndirdiyi fikirlər sadəcə ölkəmiz və bölgəmiz üçün deyil, ümumilikdə bütün dünya üçün əhəmiyyətli məqamları özündə ehtiva edirdi. Bu gün bilirik ki, ölkələr dəyişən dünya şərtləri çərçivəsində yaşayır. Bu gün yeni çağırışlar, yeni perspektivlər bütün ölkələrin qapısını döyür və prezidentin çıxışı, irəliyə atdığı məsələlərin hər biri gələcək münasibətlərin, gələcək dünya düzəninin qurulmasında bir tezis xarakteri daşıyırdı. Azərbaycan 30 ildən artıq işğal altında yaşayıb, Azərbaycan 44 gün ərzində öz haqqını, ədalətini bərpa edib. Daha sonra 23 saat ərzində suverenliyini bərpa edib", - deyə o, qeyd etdi.

Millət vəkili əlavə etdi ki, Azərbaycan bu gün durmadan inkişaf edir, yüksəliş tempi ilə irəliyə doğru gedir.

"Bu gün Azərbaycan sadəcə siyasi-diplomatik müstəvidə deyil, həm də elə siyasətin, diplomatiyanın başlanğıcı olan iqtisadi müstəvidə böyük uğurlar əldə edir və bu iqtisadi sıçrayışlar, uğurlar Azərbaycana hər gün daha çox dost qazandırır və Azərbaycanla əməkdaşlıq etmək istəyən, bölgədəki layihələrdə iştirak etmək istəyən ölkələrin sayını artırır. Prezidentin də Nyu-Yorkda istər dövlət rəhbərləri ilə, istər böyük beynəlxalq iqtisadi təşkilatların, şirkətlərin, qurumların rəhbərliyi ilə keçirtdiyi görüşlər ölkəmizə və bölgəyə çox əhəmiyyətli perspektivlər vəd edir.

Ümumilikdə isə bir daha söyləmək istəyirəm ki, sadəcə bir millət vəkili olaraq deyil, bir siyasət adamı olaraq deyil, eyni zamanda bir sıravi Azərbaycan vətəndaşı kimi, bir Azərbaycan qadını kimi, bir Azərbaycan anası kimi, əlbəttə ki, ölkəmizin uğurları ilə fəxr edirik və bu uğurlar əlbəttə ki, bu günümüz, gələcəyimiz üçün bizə çox böyük bir perspektivlər açır, ölkəmizin qarşısında daim yaşıl işıq yandıraraq bizim hər birimizə daha işıqlı, daha yaxşı, daha firavan bir həyat vəd edir. Bütün bunlar üçün əlbəttə ki, dövlətimizə, dövlət başçısına, onun həyata keçirtdiyi siyasətə borcluyuq və minnətdarıq", - deyə Jalə Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri