Icma.az
close
up
RU
İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcək

İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcək

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) başa çatan işgüzar səfərinin mühüm məqamlarından biri də Pekində yapon işğalına qarşı Çin xalq müqavimətinin və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycanın da dövlət başçısı səviyyəsində təmsil olunması idi. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məşhur Tiananmen Meydanında ÇXR-ın Sədri Si Cinpin tərəfindən rəsmi qarşılanmadan sonra tribunadan paradı izlədilər. Bu da ilk növbədə o anlama gəlir ki, İkinci Dünya müharibəsində alman faşizmi və onun müttəfiqləri üzərində Qələbənin qazanılmasında Azərbaycanın da töhfəsi mühüm tarixi fakt kimi qəbul olunur. Azərbaycanın "qara qızıl"ı - Bakı nefti bu müharibənin nəticələrində həlledici rol oynadığı kimi, azərbaycanlılar da alman faşizminə qarşı mübarizədə fəal iştirak ediblər. Faşizm üzərində Qələbənin qazanılması uğrunda 300 mindən çox azərbaycanlı qəhrəmancasına döyüşərək həlak olub.
Azərbaycan Pekində keçirilən hərbi paradda qalib ölkə kimi təmsil olunurdu. Prezident İlham Əliyev Pekin paradında qalib lider kimi və sülh təşəbbüskarı kimi iştirak etdi. İlham Əliyevin bu paradda iştirak etməsi, Cənubi Qafqazda bütün qlobal geosiyasi oyunları pozan və sülhü bərqərar edən bir ölkənin lideri kimi onun təbii haqqı idi. Çin lideri Si Cinpin hərbi paradda çıxışı zamanı dünya ictimaiyyətinə göndərdiyi mesajında bildirdi ki, bəşəriyyət bu gün “sülh və müharibə, dialoq və qarşıdurma, qarşılıqlı faydalı əməkdaşlıq və ya cəmi sıfıra bərabər olan oyun” arasında seçim etməlidir. Cənubi Qafqaz da məhz Ermənistanın işğalçı siyasətinin və onun havadarlarının beynəlxalq hüquqa zidd mövqeyinin ucbatından uzun müddət belə bir seçim qarşısında qalmalı olmuşdu. Lakin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Qələbə bölgəyə sülh və sabitlik gətirdi.
Bu gün məhz Azərbaycanın davamlı sülh səylərinin nəticəsində Ermənistan da sülh yolunu seçməli olub. Son 5 ildə sülh danışıqlarını hər vasitə ilə yubatmağa çalışan Ermənistan tərəfi rəsmi Bakının çevik diplomatiyası nəticəsində sonda sülhə məcbur edildi. Avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan razılaşmalar sülh prosesinin dönməz xarakter almasında həlledici rol oynadı. Beləliklə, bu gün Azərbaycan bölgədə həm sülhün təşəbbüskarı, həm də qarantı kimi tanınır.
Bayden administrasiyası dönəmində liberal-qlobalist dairələrin ABŞ-dan və Fransadan Azərbaycan əleyhinə apardıqları çirkin təbliğat kampaniyası və informasiya hücumları da iflasa uğradı. Vaşinqton görüşü və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitinin uğurlu nəticələri onu göstərdi ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş və regional lider kimi qəbul olunur. Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verməklə yanaşı, regionumuzda sabitliyin möhkəmlənməsi və iqtisadi tərəqqinin sürətlənməsində də mühüm rol oynayacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri