Icma.az
close
up
RU
İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı münasibətləri ən yüksək mərhələyə daşıyacaq RƏY

İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı münasibətləri ən yüksək mərhələyə daşıyacaq RƏY

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfəri iki ölkə arasındakı münasibətləri ən yüksək mərhələyə daşıyacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Deputat Azərbaycan və Çin arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasını hər iki ölkə üçün çox faydalı olacağını bildirib:

"İlham Əliyevin qarşılanmasından başlayaraq strateji münasibətləri formalaşdıran protokolun imzalanması və zəngin səfər proqramı bunu deməyə əsas verir. Hazırda Çin dəyişən dünyada qlobal güclərdən biri kimi çıxış edir. Bu ölkə dünya nizamının formalaşmasında əvəzsiz rol oynayır. Özünün siyasi, iqtisadi, hərbi gücünü artırmaqla son 20 ildə dünyanın ən güclü iqtisadiyyatlarından biri olaraq iqtisadi məsələlərdə aparıcı rol oynaması Azərbaycanın da Çinlə olan münasibətlərində yeni mərhələnin başlamasına əsas yaradır".

V.İsgəndərovun sözlərinə görə, Çin də Azərbaycanın həm bölgədə, həm də qlobal aləmdə artan nüfuzunu görür:

"Çin yaxşı bilir ki, Orta Dəhliz məsələsinin reallaşmasında Zəngəzur dəhlizi vacib rol oynayır. Son illərdə Azərbaycanın qazandığı uğur və naliyyətləri Çin də yüksək qiymətləndirir. Bunu ÇXR Sədri Si Cinpin də çıxışında bildirib".

Deputat qeyd edib ki, ümumiyyətlə iki ölkə arasında imzalanan sənədlər, qarşıya qoyulan proqramlar hər iki ölkənin geosiyasi viziyonunda və gələcək fəaliyyətlərində əsasə xətti özündə ehtiva edir:

"Bunlara iqtisadi, siyasi və mədəni əlaqələrin yüksək səviyyəyə çatdırılması da aiddir. Hazırda Azərbaycanın ədalətsiz idarədən yayınıb öz milli maraqlarını önəçəkərək inkişaf etməsi, ikitərəfli və çoxtərəfli tərəfdaşlıqlarda aktiv rol oynaması, eləcə də Azərbaycanın yerləşdiri ərazidən Çin məhsullarının digər ölkələrə daşınmasında Azərbaycanın uyğun mövqedə yerləşməsi Çinin Azərbaycana olan marağını artırır".

V.İsgəndərov bütün bunların hər iki ölkənin artan nüfuz, sürətli inkişafını və bir-biri üçün əvəzsiz strateji münasibətlərin dostluğa və gələcək müttəfiqliyə çevriləcəyinin anonsu olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri