Icma.az
close
up
RU
İlham Əliyevin növbəti ustad dərsi...

İlham Əliyevin növbəti ustad dərsi...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən həftəsonu Azərbaycan və Xankəndi növbəti əlamətdar hadisəyə şahidlik etdi. Dünyanın gündəmini müəyyənləşdirən, qlobal informasiya təminatını həyata keçirən media təmsilçilərinin artıq üçüncü dəfə Qarabağda toplaşmasının əhəmiyyəti, əlbəttə ki, yalnız məmləkət miqyası ilə məhdudlaşa bilməz. 

Elə III Şuşa Qlobal Media Forumunun işinin ilkin nəticələri və qısa müddətdə beynəlxalq mediada yaratdığı təəssürat deməyə əsas verir ki, burada səslənən bəyanatların, mülahizələrin rezonansı onlarla ölkənin ictimaiyyəti, yüzlərlə “beyin mərkəzi” üçün əlahiddə maraq kəsb etdi. Xeylisinə isə yeni fəaliyyət və mübarizə mexanizmi formalaşdırmaq üçün əsaslı örnək və motivasiya mənbəyi oldu.

Forumun mütləq qəhrəmanı, əsas diqqət obyekti isə dəyişməz idi – Azərbaycan Prezidenti və onun fikirləri…

İlham Əliyevdən qlobal problemlərə həll “resepti”

Öncə bir məqama nəzər salaq. İki il əvvələ qədər separatçılıq və xarabalıq yuvası olan Xankəndinin bir ay ərzində iki beynəlxalq tədbirə ev sahibliyi etməsi - 15 gün müddətində onlarla dövlət, hökumət başçısı ilə yanaşı, dünya gündəmini müəyyənləşdirən media resurslarının rəhbərlərini, təmsilçilərini qonaqlaması tarixdə az rastlanan olaydır.

Və bu nadir tarixi hadisənin müəllifi olan İlham Əliyevin əsas məqsədi də planetin informasiya bazarının birbaşa inhisarçıları olan 52 ölkənin 30-a yaxın informasiya agentliyi və 80 media qurumu vasitəsilə dünyaya yeni Azərbaycanı təqdim etmək, tanıtmaq idi. 

İlham Əliyev bu fürsəti, bu imkanı həmişə olduğu kimi, yenə də məhz tarixinin ən qüdrətli dövrünü yaşatdığı Azərbaycanının təbliğinə yönəltdi. Öz fəaliyyətini, öz qələbələrini, öz nailiyyət modellərini Azərbaycan xalqının potensialının nümunələri kimi təqdim etdi. Əsla özündən, əslində, hər kəsin bildiyi uğur faktlarından danışmadı. 

İlham Əliyev Azərbaycan adı, şanı, sözü olan yerdə nə vaxt özünü, şəxsi mənafeyini düşündü ki?!

Bu, yalnız təvazökarlıq deyil, həm də İlham Əliyev dəyərləridir… Onun üçün reklamın da, təbliğatın da bir ünvanı var: Azərbaycan...

III Şuşa Qlobal Media Forumu bəşəri problemə çevrilən prosesə – “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunsa da, Prezident İlham Əliyev tədbiri elə ilk cümləsindən etibarən daha qlobal problemlərin müzakirəsi platforması kimi müəyyənləşdirdi.

Prezidentin fikirləri Azərbaycanın müstəqillik tarixinin və ictimai-siyasi sisteminin bütün dövrlərini, həmçinin zəfərdən sonra yaranan qlobal reallığın fonunda məmləkətimizin müəyyənləşdirdiyi yeni yolun mahiyyətini əks etdirən istiqamətverici konsepsiya idi. İlham Əliyev öz fəaliyyətində etdiklərini və edəcəklərini, hədəflərini dünya informatorları ilə bölüşdü və onların timsalında bütün dünyaya yeni Azərbaycan vizyonunu bəyan etdi.

Fəqət Prezidentin əsas vurğusu Azərbaycandakı proseslər timsalında qlobal hadisələr, problemlər, trendlər idi. Təsadüfi deyil ki, ona verilən sualların mütləq əksəriyyəti məhz beynəlxalq məsələlərə aid idi. Bu, İlham Əliyevin artıq Qafqazın lideri, qlobal miqyasda vacib nüfuz aktoru kimi tanınmasının növbəti təsdiqi oldu. 

Dünyanın gözü indi Azərbaycanda və onun Liderindədir. İlham Əliyevin və ölkəmizin həyata keçirdiyi siyasət, təşəbbüslər qlobal səciyyə daşıyır, məmləkət miqyasından beynəlxalq səviyyəyə qədər əhəmiyyətliliyini qoruyur.

Nəzərə alaq ki, İlham Əliyevin “İnkişafın və quruculuğun Azərbaycan modeli” dünyada tam təsdiqini tapıb və qəbul olunub. Məhz bu uğur təcrübəsi kontekstində indi Prezidentin regional inkişaf vizyonu, qlobal tendensiyalara baxışı maraq doğurur və bu barədə onun rəyləri öyrənilir. 

Milyonlarla insan, onlarla xalq İlham Əliyevdən məsləhət və yardım istəyir

İlham Əliyev forumda ölkənin yaşıl gündəliyindən qlobal iqlim dəyişmələrinə, ikitərəfli əməkdaşlıqdan beynəlxalq tərəfdaşlığa, Qarabağ və Şərqi Zəngəzurun quruculuğundan Qafqazda sülh və tərəqqi təminatına, Azərbaycanın lokal inkişaf təcrübəsinin qlobal yüksəlişə töhfəsinə, Zəngəzur və Orta dəhlizlərindən Avrasiyanın yeni tranzit-logistik layihələrinə, qitələrin enerji təhlükəsizliyindən bəşəriyyəti təhdid edən savaşlara, Ermənistanla sülh danışıqlarından neokolonizmə qarşı mübarizəyə, ABŞ-dən Çinə, Rusiyadan Latın Amerikasına, Avropa İttifaqından İslam Əməkdaşlığı Təşkilatınadək onlarla mövzuda qətiyyətli mövqeyini ifadə etdi.

İlham Əliyev çoxları üçün nəticəsi müəmmalı, gedişi qapalı olan məsələlər barədə də açıq və birmənalı danışdı. Azərbaycan Prezidenti 5-ci nəsil savaşının ən mükəmməl nümunəsini yaratmaqla yanaşı, ərazi bütövlüyünü heç bir kənar qüvvənin yardımı olmadan təmin edən və son onilliklərdə heç bir dövlətə qismət olmayan tarixi nailiyyətin müəllifidir. Və bu əlahəzrət faktı indi bütün dünya etiraf edir, ona ən uğurlu nümunə kimi yanaşır. 

Ukraynalı təmsilçinin “Sizin rəhbərliyinizlə Azərbaycanın öz torpaqlarını, öz ərazisini geri qaytarmasını heyranlıqla izləyirdik. Bu, bizim üçün son dərəcə ruhlandırıcı bir nümunədir” - etirafı da uzun illər, onilliklər boyu savaşlara, separatçı münaqişələrə məruz qalan bütün xalqların, milyonlarla insanın səmimi ürək sözü idi. 

Yaxud dənizaşırı xalqların nümayəndəsinin “Azərbaycan beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında nəinki mühüm rol oynadı, o cümlədən beynəlxalq hüquq əsasında müstəmləkə əməliyyatlarına qarşı mübarizə aparanların birləşməsinə töhfə verdi” - minnətdarlığı isə hələ də müstəmləkə əsarətində olan millətlərin Azərbaycan rəhbərini həm də öz mübarizələrinin Lideri kimi gördüyünü təsdiqlədi.

İlham Əliyevdən – Uğurun və Zəfərin Rəmzindən əzilən, haqları tapdalanan, torpaqları işğal edilən xalqlar məsləhət, tövsiyə, eyni zamanda yardım istədi…

Prezidentin cavabı isə Qarabağda dalğalanan bayrağın əzəmətindən və milli mücadilənin Xankəndiyə gətirdiyi azadlıq həqiqətindən qaynaqlanırdı: “Heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq…”, “Siz mübarizə aparmalısınız. Siz ərazilərinizi, ərazi bütövlüyünüzü bərpa etmək uğrunda mübarizə aparmalısınız. Azadlıq uğrunda vuruşmalısınız. Azad olmağınız uğrunda çalışmalısınız…”

Bu, İlham Əliyevin ustad dərsi idi… 

Və bu dərs yalnız əzilən milyonlara deyildi, onları əzənlərə – fövqəlgüclərə növbəti ədalət çağırışı idi… 

Tarixi belə yaradırlar və tarixi belə yazırlar - İlham Əliyev kimi…

Prezidentin çıxışlarının, - istər rəsmi nitq, istər müsahibə olsun, -  mövzu dairəsi nə qədər fərqli olsa da, mahiyyətcə dəyişməz üslubu var. Bu məzmun həmişə deklorativlikdən, bəlağətdən, süni ritorikadan uzaqdır, hesabat yönümlüdür, uğurlarla bərabər, hökmən problemlərə toxunulur, onların həlli yolları göstərilir, ümumi fəaliyyətin və inkişaf trendinin yeni istiqamətləri elan edilir. 

Xankəndidə də Prezidentin sözü və sözünün ahəngi dəyişməz idi. Prezident həmişəki kimi qətiyyətli idi. Qarabağın müzəffər mənəvi gücü Ona dünya mediasının önündə xüsusi əzmkarlıq verirdi.

Prezident həmişəki kimi səmimi idi. Sözünün və özünün - fikirlərinin və əməllərinin tam vəhdəti bu dəfə də tam aydınlığı ilə görünürdü. Sadə, anlaşılan dillə, siyasi sofistikadan və pafosdan uzaq çıxışla dünyaya yeni Azərbaycanın yeni siyasətinin mesajlarını çatdırırdı.

Prezident həmişəki kimi milli maraqları ifadə edirdi. Heç bir məkrli qüvvənin Azərbaycanda hansısa ssenari həyata keçirməsinə imkan verilməyəcəyinin, ölkəmizin müstəqil siyasətinin daha inadla və uğurla davam etdiriləcəyinin bəyanatını verirdi.

Prezident həmişəki kimi hər bir azərbaycanlının rəhbəri, himayədarı, həm də Ona ümidlə baxan, örnək kimi qəbul edən xalqların səmimi dostu kimi danışırdı. 

Prezident həmişəki kimi bu çıxışında da misilsiz natiq, qətiyyətli sərkərdə, müdrik siyasətçi, uğurlu islahatçı, qabiliyyətli iqtisadçı, bacarıqlı diplomat... ən nəhayət, Azərbaycanla yanaşı, Qafqaz və Avrasiya bölgəsinin sabahı üçün məsuliyyəti üzərinə könüllü götürən lider olduğunu təsdiq etdi!

Prezident Azərbaycan ətrafında yeni əməkdaşlıq platformaları yaradır. Bura qeyri-rəsmi müstəmləçilikdən hələ də əziyyət çəkən, fövqəlgüclərin təsir dairəsindən çıxmağa çalışan, öz təbii sərvətlərini xaricilərin inhisarından çıxarıb millətinə qaytarmaq istəyən dövlətlər, həmçinin hətta müstəqil olsalar da, iqtisadi-sosial inkişafdan geri qalan ölkələr aiddir. 

İlham Əliyev və Azərbaycanın dəstəyi bu ölkələrdə öz haqlı mübarizələrinə inam, motivasiya yaradır, onları dövlətçilik amalları ətrafında daha sıx səfərbər edir. Həm də qarşılıqlı etimad mühitində əməkdaşlığın səmərəli nəticə verəcəyi reallığını təşviq edir. Bu niyyət və fəaliyyətin davamlı olacağı Xankəndidən açıq və konkret dəstəklə bildirildi.

“Sizi heyranlıqla izləyirik”, “Ən parlaq şəxsiyyətsiniz”, “Sizin dəstəyinizi heç zaman yaddan çıxarmayacağıq”, “Uğurlu liderliyinizi görürük”, “Qalib ölkənin liderisiniz”, “Tamamilə nadir siyasət yürüdürsünüz”... – xarici ölkə təmsilçilərinin bu səmimi ürək sözləri İlham Əliyevə qlobal miqyasda böyük sevginin, etimadın və güvənin nümayişi idi... 

Ancaq Prezidentə bu sərhədsiz-hüdudsuz ehtiramı, rəğbəti, inamı həzm edə bilməyənlər, İlham Əliyevin və onun dövlətinin qalib, məğrur, müstəqil duruşundan rahatsız olub, yeni savaş üçün bəhanə axtaranlar da var. Dostlarımız kimi düşmənlərimizin də sayı artıb. 

Dövlətimizin və Prezidentin qarşısında daha geniş rəqib, əslində, düşmən dövlətlər şəbəkəsi formalaşıb. Dünyanı dəfələrlə bölüşdürüb, indi yeni paylar həvəsinə düşən fövqəlgüclər həm öz maraqlarının Azərbaycan tərəfindən davamlı tapdalanmasının, həm də dünya erməniliyinin qisasını ölkəmizdən, xalqımızdan və Prezidentdən almağa cəhdlər edirlər.

İlham Əliyev onların hər birinə Xankəndidən mesaj verdi: Azərbaycan da, onun Lideri də bu mübarizədən qalib çıxmağının qürurunu yaşayır və sona qədər bu hisslə yaşayacağıq…

Tarixi belə yaradırlar və tarixi belə yazırlar…

İlham Əliyev kimi…

İxtiyar Hüseynli,

əməkdar jurnalist

Xüsusi olaraq “Qafqazinfo üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see127

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see126

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see118

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see117

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see116

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri