Icma.az
close
up
RU
“İlham Əliyevin Putinə zəngi Bakı Moskva münasibətlərinə yeni nəfəs gətirir”

“İlham Əliyevin Putinə zəngi Bakı Moskva münasibətlərinə yeni nəfəs gətirir”

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Oktyabrın 7-də Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edərək onu doğum günü münasibətilə təbrik edib. Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus mülki təyyarənin Rusiya tərəfindən vurulmasından və daha sonra Rusiyada yaşayan azərbaycanlılara qarşı hücumlardan, həmyerlilərimizin qətli və həbslərindən sona iki ölkə arasında gərginlik və soyuqluq yaranıb. Bu soyuqluq dövlət başçıları arasında da davam edirdi. 

Uzun zamandan sonra liderlərin telefon danışığı və ölkələr arasında əlaqələri müzakirə etməsi nədən xəbər verir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov bildirdi ki, bu, çox vacib bir hadisədir:

"Çünki faktiki olaraq Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iki dövlətin liderləri ayaqüstü görüşdülər, salamlaşdılar, hal-əhval tutdular, ancaq danışıqlar orada baş tutmadı. Lakin indi Prezident İlham Əliyevin Vladimir Putinə zəng edib onu ad günü münasibətilə təbrik etməsi, mənim fikrimcə, çox böyük bir addımdır. Bu hadisənin mənəvi tərəfi də böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən münasibətlərin yenidən bir növ canlanması, qarşılıqlı etimadın bərpası baxımından da bu çox vacib addımdır. Mən elə düşünürəm ki, burada Rusiya Prezidenti də Prezident İlham Əliyevin bu təşəbbüsünü layiqincə qiymətləndirib və anlayır ki, iki dost və qonşu ölkə arasında münasibətlərin soyuq olması heç vaxt onlara xeyir gətirməyəcək. Əksinə, bu, hər iki tərəfin zərərinə olacaq".

Onun sözlərinə görə, belə halın baş verməməsi üçün həm Vladimir Putin, həm də İlham Əliyev münasibətlərimizin gələcəyini düşünməlidirlər:

"Çünki ölkələrimizin bir-birinə qarşılıqlı maraqları var. Digər tərəfdən biz bir sıra beynəlxalq layihələrdə uzlaşdırılmış şəkildə iştirak edirik: nəqliyyat, kommunikasiya xətlərinin istifadəsi, enerji sahəsi, yükdaşımalar və s. Bunların hamısı bizim üçün böyük əhəmiyyət daşıyır və biz bir-birimizdən qarşılıqlı şəkildə faydalanırıq. Bax, bu məqam ən azı onu göstərir ki, Bakı ilə Moskva arasında soyuqluğun olması heç də normal hal sayıla bilməz. Əksinə, münasibətlərin bir qədər məhdudlaşması və neqativ təsirlərə məruz qalması heç bir tərəf üçün arzuolunan deyil. Bəli, bu da başqa məsələdir ki, üçüncü qüvvələr, üçüncü dövlətlər var və onlar bu istiqamətdə çalışırlar ki, bizim aramızda nifaq salsınlar, soyuqluq yaratsınlar. Lakin bu, keçərli variant deyil. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyev çox vaxtında və düzgün təşəbbüs göstərib – Rusiya prezidentinə telefonla zəng edib və onu təbrik etməklə münasibətlərin istiləşməsinə müsbət impuls verib".

Politoloq vurğuladı ki, bu proseslərin kökünə nəzər salsaq, ötən ilin dekabr ayında baş vermiş təyyarə qəzası münasibətlərə müəyyən soyuqluq gətirmişdi:

"Ancaq bir daha deyirəm, bu soyuqluq daimi ola bilməz. Çünki münasibətlərin geriləməsindən yalnız və yalnız hər iki tərəf zərər görəcək. Buna görə də hesab edirəm ki, indi Rusiya da gözəl anlayır, bu proseslərə yeni baxış tətbiq edilməlidir. Digər tərəfdən liderlərin şəxsi münasibətləri də çox xüsusi əhəmiyyət daşıyır, çünki bu, xalqların münasibətlərinə də birbaşa təsir edir. Burada həm “şaquli xətt”, yəni Moskva ilə Bakı arasındakı rəsmi dialoq, həm də “üfüqi xətt” cəmiyyətlər arasındakı əlaqələr mühüm rol oynayır. Turizm, humanitar və ictimai sahələrdə əməkdaşlıq bu münasibətlərin genişlənməsinə və dərinləşməsinə xidmət edir. Millətlər, xalqlar, topluluqlar bir-birlərini tanıdıqca, onların əlaqələri möhkəmlənir və rifahları artır. Buna görə də düşünürəm ki, dövlət rəhbərlərinin də məqsədi Azərbaycan və Rusiya xalqlarının bir-birinə yaxın olmasını təmin etmək, coğrafi imkanlardan – yerüstü sərhədlərdən və Xəzər bölgəsindəki əməkdaşlıqdan daha böyük mənfəət əldə etməkdir. Buna çox böyük ehtiyac var. Xüsusilə də nəzərə alsaq ki, son illərdə münasibətlərimizin faydalılıq əmsalı olduqca yüksək olub.

Niyə də indi bundan sonra bu davam etməsin? Düşünürəm ki, artıq soyuqluq dövrünü geridə qoymaq, irəliyə baxmaq və yeni şəraitə uyğunlaşmaq lazımdır. Əldə olunmuş əlaqələrin və mənfəətin üzərinə yenilərini əlavə etmək son dərəcə vacibdir. Qonşuluq siyasətində belə hallar olur – bunu yaddan çıxarmamaq lazımdır. Bu məsələyə həddindən artıq emosional və təəssüf hissi ilə yanaşmaq düzgün deyil. Qonşuluq siyasətində hər şey mümkündür, o cümlədən soyuqluq da. Olubsa, olmasaydı daha yaxşı olardı, amma olubsa da, bunun üzərindən keçmək lazımdır. İnsanlar, cəmiyyətlər və həmsərhəd bölgələrdə yaşayan xalqlar naminə artıq yeni münasibətlərin təməlini qoymağın vaxtı çatıb. Hesab edirəm ki, bunun üçün həm Azərbaycanın, həm də Rusiyanın diplomatiyası var gücü ilə çalışacaq".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri