Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Ağ Evə dəvət olunması Azərbaycan ABŞ münasibətlərinə yeni nəfəs gətirəcək ŞƏRH

Prezident İlham Əliyevin Ağ Evə dəvət olunması Azərbaycan ABŞ münasibətlərinə yeni nəfəs gətirəcək ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər enişli-yoxuşlu bir yol keçib. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən etibarən formalaşmağa başlayıb. İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə ABŞ-Azərbaycan əlaqələrinə xüsusi önəm verilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli söyləyib.

Onun sözlərinə görə, Azərbaycanla ABŞ arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi gözləniləndir: “ABŞ prezidentlərindən asılı olaraq Azərbaycana münasibətlər müsbət və mənfi olub. Corc Buş hakimiyyəti dövründə olduğu kimi, Donald Trampın prezidentliyinin birinci dönəmində iki ölkə arasında əlaqələr yüksək səviyyədə olub. Hətta, 44 günlük müharibə də onun hakimiyyəti dövrünə təsadüf edib. O zaman Ağ Ev Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmiş, tərəflərdən mülki şəxslərə xəsarət yetirilməməsini istəmişdi”.

Hazırda ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını deyən Vüsalə Hüseynli əlavə edib: “ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz - Xəzər dənizi regionunda Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilən bütün enerji layihələri enerji təhlükəsizliyini, enerji mənbələrinin şaxələndirilməsini və bütün iştirakçı tərəflərə fayda verilməsini təmin edir”.

QHT sədri Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a reallaşan səfərinə də diqqət çəkərək vurğulayıb ki, dövlətimizin başçısının Ağ Evə dəvət olunması Azərbaycan-ABŞ münasibətlərinə yeni nəfəs, yeni yanaşma gələcəyindən xəbər verir. Qərbin bu prosesə yanaşmasında da yeni situasiya və reallıqlar yaranacağının işartıları artıq görünməkdədir. Təbii ki, bu gediş yalnız Azərbaycan-ABŞ münasibətlərinə deyil, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının dayanaqlığına, region üçün önəmli layihə olan Zəngəzur dəhlizinin reallaşmasına və region üçün önəmli digər məsələlərin həllinə öz müsbət töhfəsini verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri