Icma.az
close
up
RU
İlham Əliyevin qətiyyəti ilə yazılan TARİX Qəbələ görüşünün nəticələri və TDT nin İNKİŞAF PERSPEKTİVLƏRİ

İlham Əliyevin qətiyyəti ilə yazılan TARİX Qəbələ görüşünün nəticələri və TDT nin İNKİŞAF PERSPEKTİVLƏRİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Liderlər arasında aparılan danışıqlarda enerji, nəqliyyat dəhlizləri və ticarət əlaqələrinin inkişafı, o cümlədən hərbi sahədə əməkdaşlıq kimi məsələlər xüsusi diqqət mərkəzində oldu.
Qəbələ görüşündə əldə olunan tarixi nəticələr
Əvvəla onu qeyd edək ki, Zirvə Görüşünün sonunda türk liderlər Qəbələ Bəyannaməsini imzalayıblar. Eyni zamanda, TDT-yə rəhbərlik Qırğızıstandan Azərbaycana keçib.  Üstəlik, TDT-yə artan beynəlxalq maraq səbəbilə Qəbələ Zirvəsi çərçivəsində "TDT+" formatının təsis edilməsi haqqında qərar imzalanıb. Bu isə yeni dövlətlərin TDT-yə qoşulmasına imkan yaradacaq.
Görüşdə irəli sürülən təkliflər və çağırışlar isə xüsusilə diqqət çəkdi. Ələxüsus da, Prezident İlham Əliyevin çıxışında Türk dövlətlərinin inteqrasiyası və əməkdaşlıq perspektivləri ilə bağlı mühüm təkliflər irəli sürdü. Bundan əlavə, digər türk liderlər də TDT-nin inkişafı, beynəlxalq gücə çevrilməsi ilə bağlı təkliflərlə çıxış etdilər. Nəticədə Qəbələ görüşü faktiki olaraq TDT-nin gələcək inkişafı üçün tarixi addıma çevrildi.
Bunun nəticəsidir ki, Qəbələ Zirvəsi beynəlxalq arenada diqqət mərkəzindədir. Aparıcı beynəlxalq xəbər agentlikləri Zirvə görüşünə və yekun bəyannaməyə xüsusi yer ayırırlar.
İlham Əliyevin qətiyyətli siyasətinin TDT-nin inkişafında rolu
Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının inkişafında İlham Əliyevin qətiyyətli siyasəti tarixi rola malikdir. Xüsusilə də 44 günlük müharibədən sonra təşkilatın fəaliyyətində xüsusi bir canlanma müşahidə olunur.
 

Çünki İlham Əliyevin qətiyyətli siyasəti ilə ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan xarici təhdidlərə son verdi və böyük hədəflər üçün gücünü səfərbər etdi. Bu hədəflərdən biri də Türk dövlətlərinin iqtisadi-siyasi və mədəni birliyinə nail olmaq və ortaq Türk dəyərlərinə yenidən sahiblənməkdir.


Xatırladaq ki, 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı zamanı İlham Əliyev Türk Dövlətləri ilə əməkdaşlığın Azərbaycan üçün prioritet olduğunu vurğulamışdı:
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Göründüyü kimi, artıq TDT qlobal gücə çevrilməkdədir və təşkilatın inkişafında İlham Əliyevin qətiyyətli addımları tarixi rol oynayıb.
TDT-nin uğur sirri
Əvvəla, onu qeyd edək ki, Türk Dövlətləri Təşkilatı öz mahiyyətinə görə digər beynəlxalq və regional təşkilatlardan köklü surətdə fərqlənir. Məsələn, Avropa İttifaqının bir araya toplaşması iqtisadi maraqlara əsaslanır.
TDT-yə üzv dövlətləri isə bir-biriləri ilə tarixi qardaşlıq münasibətləri bağlayır. Buna görə də, Türk dövlətləri üçün fərdi iqtisadi maraqlardan daha çox, birgə inkişaf və inteqrasiya ön plandadır.
Eyni zamanda TDT böyük iqtisadi, logistik və demoqrafik potensiala malikdir. Təşkilatın gücünə-güc qatan digər vacib faktor isə Türk dövlətlərində ictimai-siyasi və iqtisadi sabitliyin hökm sürməsidir.
Türk Dövlətləri Təşkilatının gələcək hədəfləri
Qəbələ Zirvəsində gələn ilin birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması qərara alınıb.
 

Üstəlik, hazırda TDT–nin qarşısında duran bir sıra məsələlər var. “Türk Şengen”inin yaradılması, ticarət və nəqliyyat kommunikasiyalarının vahidləşdirilməsi, enerji və investisiya bazarlarının inteqrasiyası – Türk dünyasını vahid iqtisadi məkan kimi formalaşdırmaq əsas hədəflər sırasındadır.


Təbii ki, siyasi-iqtisadi və mədəni əlaqələrin dərinləşməsi və şaxələnməsi hərbi sahədə də əməkdaşlığı zəruri edir. Məhz bu zərurəti nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin XII Zirvə sammitində bəyan edib ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil:
“Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.
Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.
Türk Dövlətlərinin iqtisadi potensialı
Qeyd edək ki, TDT-yə 6 dövlət daimi üzvdür. İki ölkə - Türkmənistan və Macarıstan təşkilatda müşahidəçi qismində təmsil olunur. Şimali Kipr Türk Respublikası isə qonaq qismində təşkilatın toplantılarına qatılır.
TDT üzvü olan dövlətlərin çox böyük iqtisadi potensialı var. Dünyanın bir sıra strateji resurslarının böyük hissəsi TDT coğrafiyasında yerləşir. Neft, qaz, uran, kömür, qızıl, litium, üzüm, pambıq, dəniz nəqliyyatı və aqrar potensialına görə TDT dövlətləri  dünyada xüsusi çəkiyə sahibdir.
 

Xatırlatmaq yerinə düşər ki, 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 % böyüyərək 3,2 %-lik qlobal iqtisadi artımı xeyli üstələyib. Hazırda Türk dövlətləri 2,11 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsulla (ÜDM) qlobal iqtisadiyyatda 1,8 % paya sahibdirlər.

Bundan başqa, ötən il türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 %-i deməkdir. TDT ümumi ərazisi təxminən 4,3 milyon kvadrat kilometr, əhalisi 180 milyondan çoxdur.
Nəticə olaraq qeyd edə bilərik ki, Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi yolunda tarixi addım olacaq. Gələcək perspektivdə isə İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycanın sədrliyi ilə TDT daha böyük uğurlara imza atacaq. 
Anar Tahirov, Bizim.Media informasiya portalının baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri