Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

İlham Əliyevin "Şah" gedişi, mat qalan qonşular

İlham Əliyevin "Şah" gedişi, mat qalan qonşular

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Son üç-dörd gündə 8 avqust Vaşinqton görüşü, orada baş verənlər - ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, Birgə bəyannamə, ATƏT-in Minsk qrupunun ləğvi üçün müraciət, 907-ci düzəlişin ləğvi, Zəngəzur dəhlizi ilə bağlı mühüm qərarlar, onların siyasi, tarixi əhəmiyyəti barədə çox yazılıb, çox danışılıb.

Uzun-uzadı təkrarçılığa və mübaliğəyə yol vermədən qısaca onu demək olar ki, doğrudan da tarixi hadisədir. On illər, yüz illər, əsrlər keçəcək, amma 8 avqust Azərbaycanın müasir tarixinin ən parlaq hadisələrindən biri kimi həmişə xatırlanacaq.

Ona görə ki... nəhayət, 5 il əvvəl hərb meydanında qazandığımız Qələbə sülh masasında təsdiqləndi. Müharibədə qələbə çox önəmlidir, amma onun dünya tərəfindən tanınması, Prezident İlham Əliyevin dediyi kimi, "dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə" rəsmiləşməsi heç də ondan az önəmli deyil.

Beləliklə, baş verənlər 30 ildən artıq davam edən münaqişənin məntiqi yekunu, müharibə mərhələsinin sülh, dinclik epoxası ilə əvəzlənməsi, Cənubi Qafqazda yeni dövrün, həm də Rusiya ağalığının sona çatmasının başlanğıcıdır.

İndilik ən çox maraq doğuran isə Vaşinqton görüşünün bir neçə gün ərzində elan olunması və baş tutması, uzun müzakirələr aparmadan konkret sənədlərin imzalanması və bütün bunların Azərbaycanı nəzarətdə saxlamaq istəyən, daim hədələyən, onun üçün "qırmızı xətlər" müəyyən edən dövlətləri - Rusiyanı, İranı çaş-baş salmasıdır.

Düzdür, ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı təklifinin olduğu, onu icarəyə götürmək istədiyi barədə söhbətlər son 1-2 ayda ictimailəşmişdi. Amma etiraf etmək lazımdır ki, çoxları bunun bu tezliklə baş tutacağını gözləmirdi.

Demək, pərdəarxası müzakirələr aylar əvvəl baş tutub və uğurla nəticələnib. Sözsüz ki, Rusiyanın Azərbaycana təzyiqləri - AZAL-a məxsus təyyarənin vurulması, Yekaterinburqda soydaşlarımızın vəhşicəsinə döyülərək qətlə yetirilməsi və digər bu kimi düşmənçilik hərəkətləri ya Azərbaycanı bu razılaşmadan vaz keçirmək məqsədi daşıyıb, ya da əksinə, dalana dirənən məsələni yeni formatda həll etməsini sürətləndirib.

Hər halda Vaşinqton prosesi qonşularımız üçün əsl sürpriz oldu və çox sürətlə baş verdi. Eynilə 23 saatlıq antiterror əməliyyatı, bir neçə gündə ermənilərin könüllü şəkildə Azərbaycanı tərk etməsi, Qarabağda qalmağa heç bir bəhanəsi qalmayan rus sülhməramlılarının qısa vaxtda ölkələrinə dönməyə məcbur olması kimi...

Bunları təsadüfən xatırlamadım. Çünki Azərbaycanı sevməyən qüvvələr (təəssüf ki, belələri daxildə də var) 44 günlük savaşdan sonra əvvəlcə "Xankəndi, Xocalı ermənilərə qaldı", daha sonra "Azərbaycan yenidən Rusiyanın əsarətinə verildi, rus sülhməramlıları ölkəni tərk etməyəcək" deyirdilər. Qısa müddət ərzində bu məsələlər böyük siyasi ustalıqla yoluna qoyuldu və bunun ardınca həmin qüvvələr "Bəs Zəngəzur dəhlizi necə olacaq? Rusiya Azərbaycanı Ermənistanla müharibəyə məcbur edəcək" - deyə, hay-küy salırdılar.

Və budur, növbəti "Qordi düyünü" açıldı - Zəngəzur dəhlizi ilə bağlı mühüm razılaşma əldə olundu. Son 3-4 gündə dünyadan, xüsusən də, qonşu Rusiya və İrandan gələn reaksiyalara diqqət edəndə Azərbaycanın hansı tarixi uğura nail olduğu bir daha aydın olur.

Kremlin fəal təbliğatçılarından olan rusiyalı filosof və politoloq Aleksandr Duqin deyir ki, Vaşinqtondakı müqavilə Rusiyanın məğlubiyyətinin göstəricisi, Moskvanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır: "Etiraf etməliyik ki, biz uduzduq".

Solovyov, Podolyak, Qurulev kimi rus şovinistləri isə Rusiyada azərbaycanlı iş adamlarına divan tutmağa, Azərbaycana qarşı "xüsusi əməliyyat"a çağırış edirlər. Rusiyanın rəsmi dairələrinə gəlincə, Vaşinqton görüşünə açıq etiraz etməsələr də, Duqinin sözləri ilə desək, "rüsvay olduqlarını", pərtliklərini, hətta qəzəblərini gizlədə bilmirlər. Vaşinqton görüşü ərəfəsində SOCAR-a məxsus obyektlərə, Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbəsi endirilməsi də bu qəzəbin nəticəsidir. Qafqazdan əli üzülən Rusiya bütün mümkün pisliklərə əl atmağa çalışır və çalışacaq. Amma necə deyərlər, qatar artıq gedib.

İrana gəlincə, birincisi, Azərbaycan lideri İlham Əliyevin çevik diplomatiyası bu ölkənin siyasi elitasının parçalanmasına səbəb olub. İranın ali dini lideri Seyid Əli Xamenei, onun müşavir Əli Əkbər Vilayəti yenə Zəngəzur dəhlizinə qarşı çıxır, "sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən" dəm vurur, SEPAH generalları isə həmişəki amplualarındadır: Azərbaycanı müharibə ilə hədələyirlər.

Mühafizəkarlardan fərqli olaraq, İran Prezidenti Məsud Pezeşkiyan və İranın XİN başçısı Abbas Əraqçi isə loyal bəyanatlar verir, hətta Zəngəzur dəhlizi məsələsində İranın maraqlarının nəzərə alındığını dilə gətirirlər. Faktiki olaraq, İran hakimiyyətində Zəngəzuru dəstəkləyənlər və əleyhinə çıxanlardan ibarət iki qruplaşma yaranıb. Amma İsrail və ABŞ-nin zərbələrindən sonra İranın "Tramp yolu"na dirəniş göstərməyə nə taqəti, nə də cəsarəti qalıb.

İkincisi, Vaşinqton görüşünün nəticələri İranın regiondakı əsas müttəfiqi olan Ermənistanla münasibətlərində də dərin çatlar yaradıb. Zəngəzur dəhlizinin 99 illiyə icarəyə verilməsi ABŞ-nin Tehranın qulağının dibində özünə yer etməsidir. Məhz elə buna görə İran generalları Ermənistanı Ukraynaya döndərməklə hədələyirlər.

İş burasındadır ki, Azərbaycana təzyiqlərin mənasızlığını başa düşən Rusiyanın da diqqəti daha çox Ermənistana yönələcək. Çünki ona təsir rıçaqları daha çox və güclüdür - geniş həcmli ixrac məhsulları, pul köçürmələri, Ermənistanın enerji və nəqliyyat qovşaqlarının Rusiyanın nəzarətində olması, Gümrüdəki hərbi baza, rusiyayönümlü müxalifət və s. Amma indilik Vaşinqtonun dəstəyini alan İrəvan özünü İran və Rusiyadan gələn təhlükələrdən sığortalanmış hiss edir.

Beləliklə, dünənə qədər Rusiyaya, İrana böyük dövlət gözü ilə baxır, balaca dövlət kimi ehtiyatlanır, çəkinirdik. Biri bizə "qırmızı xətt", o biri ərazimizdə öz sərkərdələrinə, erməni rəssama heykəl qoyurdu. Amma son 5 ildə vəziyyət çox sürətlə dəyişdi. Azərbaycan da, onun Lideri də Vaşinqton performansı ilə daha çox böyüdü, böyük saydığımız Rusiya və İran isə çox cılızlaşdı, balacalaşdı. Onların "qırmızı xətləri", qoyduğu heykəllər, böyüklük, imperiya ambisiyaları yerlə bir oldu. Bu günlük vəziyyət budur, Azərbaycan ildən-ilə güclənir, böyüyür, düşmənləri isə zəifləyir! Vaşinqton görüşü ilə "nəyi necə və nə vaxt etməyi" bacardığını bir daha sübut edən Azərbaycan liderinin uzaqgörənliyi böyük nikbinlik və inam yaradır: Sabah daha da böyüyəcəyik! Sabahın Azərbaycanı daha böyük olacaq! Buna əminik!

Zahid Nurəliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri