Icma.az
close
up
RU
İlham Əliyevin söz olaraq dediyini, Tramp və Putin əməl olaraq təsdiqləməkdədir: “Kim güclüdürsə, o da haqlıdır!”

İlham Əliyevin söz olaraq dediyini, Tramp və Putin əməl olaraq təsdiqləməkdədir: “Kim güclüdürsə, o da haqlıdır!”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Müasir dünyamızda demokratik dəyərlərin sürətlə tənəzzül etdiyi, beynəlxalq hüququn deyil, güc faktorunun həlledici amil kimi önə çıxdığı şübhəsizdir. Buna nümunə olaraq “demokratik” Fransanın dənizaşırı xalqlara yönəlik qətliyamlarını, Rusiyanın Ukraynadakı işğallarını, ABŞ-ın yaxın qonşuları Kanada və Meksikaya qarşı açıq təhdidlərini göstərmək olar.

Bütün dünyanın gözü önündə baş verən məlum zorakılıqlar, beynəlxalq hüquqa açıq hörmətsizlik beynəlxalq təşkilatlar və digər dövlətlər tərəfindən sükutla seyr edilməkdə, çarəsizliklə izlənməkdədir.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə qlobal miqyasda müşahidə edilən bu tendensiyanı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmış, daha güclü olmağın təhlükəsizliyin əsas qarantı olduğunu diqqətə çatdırmışdır. Dövlət başçısı 2023-cü ilin 13  iyun tarixində Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı demişdir:

“Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq işləmir.

Biz bunu 30 illik işğal dönəmində görmüşdük. Aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Nəticəyə gətirib çıxaran bizim gücümüz oldu”.

“Kim güclüdürsə, o da haqlıdır!”

Prezident Ilham Əliyev 44 günlük Vətən müharibəsindən öncə də çağdaş dünyadakı bu qorxulu tendensiyanı ifşa etmiş, mövcud reallığı xalqın diqqətinə çatdırmışdır. Dövlət başçısı 18 aprel 2018-ci il tarixində andiçmə mərasimindəki çıxışında demişdir: “Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.

Yuxarıdakı sitatdan da məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən yaşadığımız dünyanın reallıqları hələ uzun illər bundan öncə doğru bir şəkildə təsbit edilmiş və dilə gətirilmişdir. Hansı ki, son illər dünyamızda baş verən bəzi proseslər, xüsusilə də planetmizində supergüclərindən olan ABŞ və Rusiyanın yürütdüyü siyasət bunu bir daha sübut edir. Bu fakt bir daha sübut edir ki, İlham Əliyev tərəfindən müasir dünyanın yeni reallığını əks etdirən “kim güclüdürsə, o da haqlıdır ifadəsi” Tramp və Putin tərəfindən əməli baxımdan təsiqlənməkdə, praktikada təkrar-təkrar sübuta yetirilməkdədir.

Biri torpaq, digər qiymətli metal axtarışında: Təmənnasız dəstək verən yenə də Azərbaycandır!

Ukrayna müharibəsi və bu müharibə fonunda dünyanın ən böyük dövlətlərindən olan ABŞ və Rusiyanın bu müharibədə sərgilədiyi davranış dünyada beynəlxalq hüququn deyil, gücün hökmranlıq etməsi gerçəyinin ən böyük isbatıdır. Ukraynaya hərbi müdaxilə etməklə bu ölkənin beynəlxalq hüquqla qəbul edilmiş ərazisinin bir hissəsini zəbt edən Moskva, bunu Rusiyanın təbii və “gecikən haqqı” hesab edir. Vaşinqton isə hesab edir ki, Ukrayna onun dəstəyindən yararlanmaq istəyirsə, o zaman nadir metal ehtiyatlarını ABŞ-ın ixtiyarına verməlidir.

Bütün dövlətçilik tarixinin ən çətin dövrünü yaşayan Ukraynanın faktiki olaraq ölüm-dirim mübarizəsi apardığı bir dövrdə, onun çarəsiz vəziyyətindən bu cür faydalanmaq, müasir dünyamızda maraqların beynəlxalq hüququn önünə keçdiyini göstərir.

Bizim üçün qürurvericidir ki, maraqların hüquqi və mənəvi dəyərlərə arxa çevirdiyi belə ağır dövrdə yenə də yalnız Azərbaycan heç bir təmənna güdmədən müharibə fəlakətindən əziyyət çəkən Ukrayna xalqına humanitar yardımlar göstərməkdədir.

Azərbaycanın Ukraynaya verdiyi maddi-mənəvi dəstək onu deməyə əsas verir ki, Azərbaycan hüquqa, ədalətə, mənəviyyata baxışı etibarilə ABŞ və Rusiyadan daha böyükdür və heç bir halda beynəlxalq hüququ hansısa marağa qurban verməyəcək.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri