Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

“İranla münasibətlərdə böhran aradan qalxıb” ““Kim güclüdürsə, o haqlıdır” prinsipi yeni deyil...”

“İranla münasibətlərdə böhran aradan qalxıb” ““Kim güclüdürsə, o haqlıdır” prinsipi yeni deyil...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında təmas xəttində təxminən bir ildir tam sakitlik hökm sürür. Nə atəş səsləri eşidilir, nə də qan tökülür. Onilliklər boyu daimi hərbi qarşıdurma şəraitində yaşamış region üçün bu, prinsipial olaraq yeni reallıqdır”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov postmünaqişə dövründə gedən prosesləri şərh edərkən deyib. Onun sözlərinə görə, de-fakto sülh artıq bərqərar olub və Vaşinqtonda paraflanmış sülh sazişi Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xarici siyasət xəttinin məntiqi nəticəsi kimi çıxış edir.

Sabiq nazir xatırladıb ki, Prezident İlham Əliyev də son müsahibələrində siyasi baxımdan Ermənistan–Azərbaycan münaqişəsinin başa çatdığını bəyan edib. Dövlət başçısı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının Cənubi Qafqazda tamamilə yeni təhlükəsizlik arxitekturası formalaşdırdığını, bu arxitekturda revanşizmə, “boz zonalara” və beynəlxalq hüquqi qeyri-müəyyənliklərə yer qalmadığını xüsusi vurğulayıb.

Bu fondda əldə olunan nəticələrin və regional inkişaf perspektivlərinin ekspert qiymətləndirilməsinin xüsusi maraq doğurduğunu deyən Zülfüqarov, “Bakinski raboçi” qəzetinə müsahibəsində Azərbaycanın xarici siyasət mövqeyində baş verən transformasiyaya, diplomatik mübarizənin yekunlarına və Vaşinqton razılaşmalarının əhəmiyyətinə toxunub.

Beynəlxalq hüququn və BMT-nin artıq təsir gücünü itirdiyi ilə bağlı fikirlərə münasibət bildirən sabiq XİN rəhbəri qeyd edib ki, son illərin təcrübəsi təəssüf ki, bu yanaşmanı təsdiqləyir. O deyib ki, “kim güclüdürsə, o haqlıdır” prinsipi yeni deyil və beynəlxalq münasibətlərin bütün tarixi boyunca güc mərkəzləri öz qaydalarını və normalarını formalaşdıraraq dünya nizamını öz maraqlarına uyğun qurublar.

T.Zülfüqarov vurğulayıb ki, bu gün sadəcə həmin ssenarinin müasir siyasətdə təkrarını müşahidə edirik və güc əsas arqumentə çevrilib, hüquqi formallıqlar isə artıq əldə olunmuş üstünlüklərin rəsmiləşdirilməsi alətidir. Azərbaycan bu nəticəyə hələ İkinci Qarabağ müharibəsindən bir neçə il əvvəl gəlib və Prezident İlham Əliyev çıxışlarında beynəlxalq qaydaların seçmə şəkildə tətbiqinin qlobal təhlükəsizlik sisteminə etimadı sarsıtdığını dəfələrlə qeyd edib.

Sabiq nazirin sözlərinə görə, Azərbaycan güc, diplomatiya və beynəlxalq normalara aydın şəkildə istinad etməklə belə bir ədalətsiz mühitdə də öz hüquqlarını müdafiə edə biləcəyini nümayiş etdirib. 

“Beynəlxalq institutlar faktiki olaraq dekorasiya rolunu oynayır və dövlətlər bu dekorasiyadan öz siyasətlərini ört-basdır etmək üçün istifadə edirlər”, - o əlavə edib.

Tofiq Zülfüqarov Minsk Qrupunun fəaliyyətinin də bunu sübut etdiyini bildirib və bu reallığın gələcəkdə daha aydın şəkildə üzə çıxacağını deyib.

T.Zülfüqarov vurğulayıb ki, Azərbaycana qarşı çoxşaxəli təcavüz həyata keçirilib və bu təcavüz təkcə döyüş meydanı ilə məhdudlaşmayıb. İdeoloji, iqtisadi, hüquqi, təbliğat və digər sahələrdə mövcud olmuş bu təcavüz elementləri hələ də tam aradan qaldırılmalıdır.

Sabiq nazir bildirib ki, ümumi razılaşmaya əsasən, ilk növbədə Ermənistan sülh yolu və qonşularla konstruktiv əməkdaşlıq kursunu seçib. Belə ki, Azərbaycan bu münaqişənin təşəbbüskarı olmayıb, lakin Ermənistanı sülhə məcbur edib. T.Zülfüqarov rəsmi təsbitin ötən il Vaşinqtonda imzalanmış sənədlərlə həyata keçirildiyini, bəzi detallarla bağlı işlərin davam etdiyini, lakin paraflanmış sülh sazişinin faktiki olaraq Bakı ilə İrəvan arasında sülh vəziyyətini təsbit etdiyini vurğulayıb.

Onun sözlərinə görə, sülh vəziyyəti onsuz da göz önündədir, çünki ötən il təmas xəttində Azərbaycan əsgərləri həlak olmayıb. Bununla belə, postmünaqişə prosesi davam edir və münaqişənin qalıqları Ermənistan–Azərbaycan münasibətlərindən tam şəkildə çıxarılmalıdır.

2025-ci ilin Azərbaycan–ABŞ münasibətləri baxımından tarixi il olub-olmaması məsələsinə toxunan T.Zülfüqarov deyib ki, bu münasibətlər tarix boyu müxtəlif mərhələlərdən keçib. 

Onun sözlərinə görə, ötən il ən yüksək səviyyədə tərəflərin Bayden administrasiyası dövründə yaranmış böhrandan çıxmaq niyyətini bəyan etməsi yeni mərhələnin başlanğıcı olub: “Münasibətlərin yeni səviyyəyə qalxması üçün konkret siyasi addımlar atılmalıdır və bu baxımdan Bakı ilə Vaşinqton arasındakı münasibətləri uzun illər kölgədə saxlayan 907-ci düzəliş hələ də əsas problemlərdən biri olaraq qalır. Ümid edirəm ki, Tramp administrasiyası bu maneəni tam aradan qaldıracaq”.

Azərbaycanın ötən ildəki digər xarici siyasət uğurlarına da toxunan Tofiq Zülfüqarov, Çinlə münasibətlərin möhkəmlənməsini xüsusi qeyd edib. Belə ki, Çin bu gün qlobal güc mərkəzlərindən biridir və ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Keçmiş nazir iqtisadi, enerji və infrastruktur sahələrində yeni əməkdaşlıq istiqamətlərinin formalaşdığını bildirib. O, Azərbaycanın S5+1 formatında tamhüquqlu üzvlüyünü də mühüm nailiyyət kimi dəyərləndirib və bu formatın S6+1-ə transformasiya olunduğunu qeyd edib. Bu mexanizm həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri üçün siyasi və iqtisadi baxımdan ciddi imkanlar yaradır.

“2025-ci ildə Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Türkiyə ilə müttəfiqlik münasibətləri daha da möhkəmlənib, Pakistanla əlaqələr isə daha yüksək səviyyəyə qalxıb”, - o əlavə edib

Eyni zamanda, sabiq nazir bildirib ki, İranla münasibətlərdəki böhran əlamətləri əsasən aradan qaldırılıb və prezidentlər səviyyəsində keçirilən təmaslar bunu təsdiqləyir. O, Avropa İttifaqı ölkələri ilə münasibətlərdə də müəyyən canlanma müşahidə olunduğunu, baxmayaraq ki, problemlərin hələ də qalmaqda davam etdiyini deyib.

T.Zülfüqarov vurğulayıb ki, Aİ ölkələri Ermənistan–Azərbaycan münaqişəsinin həllini qəbul etməyə məcbur olublar və bu kontekstdə ATƏT-in Minsk Qrupu buraxılıb. Bununla belə, ötən il Rusiya ilə münasibətlərdəki böhranı aradan qaldırmaq mümkün olmayıb.

Sonda sabiq xarici işlər naziri bildirib ki, aktiv xarici siyasət çoxşaxəli dinamikanı tələb edir və ümumilikdə ötən il demək olar ki, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə olunub.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see218

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see187

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see145

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see136

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

14 Yanvar 2026 12:11see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri