Icma.az
close
up
RU
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir.

Reyting.az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Materialda bununla bağlı yanlış məlumatları təkzib edən dövlətimizin başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Türkiyənin aparıcı media orqanları da Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbər agentlikləri və qəzetləri Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlı fikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarına diqqət yetiriblər.

Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərin inkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub.

Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının qlobal proseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

Gürcüstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb.

Nüfuzlu “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”, “qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.

Əksəriyyəti AZƏRTAC-a istinadla yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin bu dəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

Yaxın Şərqin ortaq portalı olan “Salem”, həmçinin “Europa Press” qəzetinin materiallarında qeyd olunur ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstinin səfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli olduğunu bildirib. Prezident əlavə edib:

“Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz”.

Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.

Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.

İspandilli “Demcrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”, “İtongadol”, “İnfobae” agentlik və portallarında dərc olunan xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak etmədiyini diqqətə çatdırıb.

Beynəlxalq iqtisadiyyat portalı “İnvesting.com”, İsrailin “The Jerusalem Post”, “Israelhayom”, “Time of Israel” qəzetləri, rus dilində nəşr olunan “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik” nəşri, Yunanstanın “Skai” internet resursu da Azərbaycan Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına sülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları təkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını, həmçinin bununla bağlı təəssüfləndiyini bildirib.

Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara Pakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın “Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarının dərc etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma Qəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç bir əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri