İlham Mirzəliyev: Köhnə binaları istiliklə təmin etməkdə çox ciddi problemlər var
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda köhnə binaların mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilməsində çox ciddi problemlər və çətinliklər var.
Bunu "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.
"Ola bilsin ki, bizim reputasiyamıza mənfi təsir edən amillərdən biri həmin binaların idarə edilməsindəki çatışmazlıqlardır. Binaların elektrik enerjisi ilə bağlı tələblərin heç birinə cavab verməməsi, mənzil mülkiyyətçiləri birliyinin formalaşmaması, ümumilikdə binanın idarə edilməsi ilə bağlı məsələlərdir. "Azəristiliktəchizat" olaraq biz məcburiyyət qarşısında bu binalara xidmət etməklə müəyyən əlavə xərclərə yol veririk. Təbii ki, bu da öz təsirini göstərir", - deyə o qeyd edib.
Baxış sayı:98
Bu xəbər 04 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















