İLHAM RƏHİMOVUN DA BİZNESİ VURULUR? Kürəkəninin adına olan şəbəkə əlindən alındı
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyada azərbaycanlılara, xüsusilə də azərbaycanlı iş adamlarına qarşı təzyiqlər deyəsən, Vladimir Putinin dostu kimi tanınan İlham Rəhimova da çatıb. Məlum olduğu kimi, bəzilərinin “Putin İlham” da adlandırdığı “oliqarx-professor” Rəhimovun Rusiyada dəyəri milyardlarla ölçülən biznesinin olduğu bildirilir.
Bu arada Rusiya RBK-sının yazdığına görə, Rusiyanın Şeremetyevo hava limanındakı ən böyük rüsumsuz mağazalar operatoruna aid “Duty free” obyektləri azərbaycanlı iş adamı Araz Mehdiyevdən alınıb. Avqustun 25-dən etibarən bu mağazalar Vitali Bavin adlı şəxsin adına keçib.
A.Mehdiyev haqqında rəsmi mənbələrdə çox az məlumat var. O, Rusiyanın ən böyük kirayəçisi olan “Kiyevski Ploşad” qrupunun bir sıra layihələrində keçmiş tərəfdaş kimi qeyd olunub. Ən əsası isə A.Mehdiyev İlham Rəhimovun kürəkənidir. Bunu Rəhimovun özü də müsahibələrinin birində təsdiqləyib və qeyd edib ki, biznesinin böyük hissəsini ona dövr edib.
Belə olan halda, Şeremetyevodakı mağazaların A.Mehdiyevin deyil, İ.Rəhimovun əlindən çıxdığı qənaəti yaranır. Mağazaların Bavin adlı şəxsə ötürülməsinin formal xarakterli gediş olduğu, yoxsa həqiqətən Rəhimovdan alındığı sualı isə açıq qalır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















