İlham Yadullayev: Nəhayət ki, həm oyun oldu, həm də nəticə qazandıq
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mövsümdə ilk qələbəmizi qazandığımıza görə çox şadıq. Çempionatın iddialı komandalarından biriyik. Yaxşı heyətimiz var. Sadəcə, qələbə qazana bilmirdik". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.
Təcrübəli mütəxəssis komandasının mövsümdə ilk qələbəsini şərh edib:
"Futbolçularım "Cəbrayıl"la qarşı yaxşı oyun göstərdi və layiqli qələbə qazandıq. İkinci hissə 30 dəqiqə azlıqda oynadıq. Əslində, bu qələbəni çempionatın əvvəlində qazanmalı idik. İstefa xəbəri? Mövsümdə iddialı heyətlə başlayırsan və uğursuzluq olanda belə söz-söhbətlər olur. Rəhbərlik mənə, komandaya inanır. İstefa ilə bağlı heç bir söhbətimiz olmayıb. Məğlubiyyətlərdən sonra söhbətlərimiz olub, amma hər zaman bizi dəstəkdilər. Dediyim kimi, oyun var idi, nəticə yox. Nəhayət ki, həm oyun oldu, həm də nəticə qazandıq".
Qeyd edək ki, MOİK "Cəbrayıl" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















