Icma.az
close
up
RU
“İlhamlı gənclər: Multikultural Azərbaycan nəsli” mövzusunda forum keçirilib

“İlhamlı gənclər: Multikultural Azərbaycan nəsli” mövzusunda forum keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 dekabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə birgə Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə həsr olunan “İlhamlı gənclər: Multikultural Azərbaycan nəsli” mövzusunda forum keçirib. Forumun məqsədi Prezident İlham Əliyevin multikulturalizm siyasətini, gənclərin milli kimliklə bağlı baxışlarını, dəyərlərə sadiq və innovativ düşüncəli gənc lider modelini sistemli və müzakirəli formatda təqdim etməkdir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələrinin, etnik və dini icmaların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan dövlətinin multikulturalizm siyasətini əks etdirən videoçarx nümayiş olunub.

Forumun Xəzər Beynəlxalq Fondunun rəhbəri elmlər doktoru Adəm İsmayıl Bakuvinin moderatorluğu ilə keçən “Prezident İlham Əliyevin multikulturalizm konsepsiyası” mövzusunda panel iclasında BBMM-in icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış ediblər.

Rəvan Həsənov vurğulayıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və bu siyasətin formalaşmasında Prezident İlham Əliyevin strateji baxışları həlledici rol oynayır. Multikulturalizm Azərbaycanda yalnız nəzəri konsepsiya deyil, tarixi təcrübəyə, ictimai harmoniyaya və hüquqi təminatlara əsaslanan real həyat tərzidir. Dövlətimizin başçısının rəhbərliyi ilə bu model müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilərək beynəlxalq miqyasda nümunəvi təcrübə kimi təqdim olunur.

BBMM-in icraçı direktoru qeyd edib ki, gənclərin multikultural dəyərlər ruhunda formalaşdırılması bu siyasətin davamlılığının əsas təminatıdır. Bu baxımdan, gənclərin milli kimliyə sadiq, eyni zamanda açıq düşüncəli, tolerant və innovativ yanaşmalara malik liderlər kimi yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxışında bildirib ki, gənclərin yalnız bilikli deyil, eyni zamanda, məsuliyyətli, açıq dünyagörüşlü və qlobal çağırışlara cavab verə bilən liderlər kimi formalaşdırılması Prezident İlham Əliyevin gənclər siyasətinin əsas hədəflərindəndir. O, belə forumların gənclərin düşüncə tərzinin formalaşmasına, onların dövlətçilik ideyalarına daha dərindən yiyələnməsinə və multikultural dəyərlərin mahiyyətini anlamağa mühüm töhfə verdiyini bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova diqqətə çatdırıb ki, ali təhsil müəssisələri yalnız bilik vermir, eyni zamanda, milli-mənəvi dəyərlərin, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin aşılandığı mühüm ideoloji platformalardır. Bu baxımdan multikultural dəyərlərin tədris prosesinə inteqrasiyası gənclərin şəxsiyyət kimi formalaşmasına əhəmiyyətli töhfə verir. Çünki multikultural mühitdə yetişən gənclər qlobal rəqabətə daha hazırlıqlı, fərqli mədəniyyətlərlə dialoqa açıq və innovativ düşüncəli olurlar.

Səfir Bahrom Aşrafxanov çıxışında deyib ki, Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, mədəniyyət, dil və dəyərlər birləşdirir, bu birliyin əsas sütunlarından biri də multikulturalizm və qarşılıqlı hörmət prinsipidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti Azərbaycanın sabitliyinin, ictimai həmrəyliyinin və davamlı inkişafının mühüm amilinə çevrilib və bu model beynəlxalq aləmdə böyük maraq doğurur.

Forumun fəxri qonağı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli gəncləri ölkəmizin multikultural dəyərlərini qorumağa, elmi bilik və milli mənəviyyat vəhdətində ölkənin gələcək inkişafına töhfə verməyə çağırıb.

Forumun DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı Elnur Əliyevin moderatorluğu ilə keçən “Gənc dövlətçilər: Milli kimlik, multikulturalizm və Qərbi Azərbaycan irsi” mövzusunu əhatə edən panelində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Milli Məclisin deputatı Səbinə Salmanova, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıtkanov çıxış edib, müzakirələr aparıblar.

Forum çərçivəsində BBMM-in nəşrlərindən ibarət kitab sərgisi və etnik icmaların milli geyimləri nümayiş olunub. BBMM-in nəzdində “Multikultural Gənclər Klubu”u təsis edilib, “Gənclərin multikultural bəyannaməsi” səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:428
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri