Icma.az
close
up
RU
İlin könüllüsü seçilmiş gənc: Bakı Şəhər Halqası və Formula 1 mənim üçün yaxşı məktəb oldu MÜSAHİBƏ

İlin könüllüsü seçilmiş gənc: Bakı Şəhər Halqası və Formula 1 mənim üçün yaxşı məktəb oldu MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

2023-cü ildə Formula 1 üzrə Bakı Qran-Prisində ilin könüllüsü seçilmiş, hazırda Bakı Şəhər Halqasının media departamentində işləyən Nigar Qurbanova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Gəlin, lap əvvəldən başlayaq. Necə oldu ki, könüllü kimi Formula 1 yarışlarında iştirak etməyə qərar verdiniz?

- Formula 1-ə marağım çoxdan var idi. Lakin heç bir yerdə könüllü kimi fəaliyyət göstərməmişdim. Düşündüm ki, özümü sınayım. Bu, mənə yeni təcrübələr qazanmaq üçün çox kömək olacaqdı. Buna görə də Bakı Şəhər Halqasının açıqladığı qeydiyyatdan keçdim. Seçim turlarını uğurla adladım. Ardınca media transport komandasında yer aldım.

- Könüllü kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı yaddaqalan anlarınız olub?

- Bildiyiniz kimi, Bakı Şəhər Halqası Formula 1 ilə yanaşı, fərqli beynəlxalq tədbirlər də keçirir. Mənim də hər tədbirlə bağlı xüsusi xatirələrim var. Ağlıma gələn ən maraqlı hadisə 2023-cü ildə Bakıda keçirilmiş “Rizin” döyüşündə baş verib. Orada qəfəsə çıxıb döyüşçünün dediklərini Azərbaycan dilinə tərcümə etmişdim. Minlərlə insanın qarşısında bunu etmək inanılmaz idi. Bu hadisə yaddaşımda hər zaman xoş xatirə olaraq qalacaq.

- Hətta bir dəfə ilin könüllüsü seçilmisiniz...

- İlin könüllüsü seçilmək mənim üçün sürpriz oldu. Bu adı daşımaq böyük qürurdur. Düzünü desəm, bu cür hədəfim də yox idi. Sonadək kimin seçiləcəyi məlum deyildi. Və 2023-cü ildə ilin könüllüsü oldum. Bu da mənim gələcək üçün atdığım addımlara kömək oldu.

- Bakı Şəhər Halqasında media departamentinə keçid necə baş verdi? Bu prosesdə könüllülük fəaliyyətinizin rolu oldumu?

- İlk könüllü təcrübəm media transport komandasında olmuşdu. Daha sonda digər tədbirlərə də dəvət aldım. Artıq tanınmağa başlamışdım. İşimə yaxşı qiymət verdilər. Ötən il keçirilən Formula 1 yarışından öncə ofis könüllüsü olaraq dəvət gəldi. Qran-Priyə az qalmış isə Bakı Şəhər Halqasının media şöbəsindən təklif aldım.

- Həm yerli, həm də xarici media nümayəndələri ilə işləmək necə təcrübədir?

- Mənim üçün çox gözəl təcrübədir. Hər zaman jurnalistlərlə işləmək maraqlı gəlib. Hətta deyərdim ki, könüllü olduğum zamda qazandığım təcrübənin mənə çox faydası dəydi.

- Formula 1 kimi beynəlxalq tədbirdə işləmək məsuliyyət və stres baxımından necədir?

- Hər bir tədbirin özünəməxsus məsuliyyəti var. Könüllü olaraq media ilə daha çevik işləməlisən. Burada dil biliyi xüsusi önəm kəsb edir. Yerli və əcnəbilərlə əlaqəni yaxşı qurmaq vacibdir. Yadımdadır, media transport komandasında olanda fotoqraflar binaların damlarından kadrlar götürürdülər. Bəzən onlar yaxşı şəkillər çəkmək üçün qaydalara riayət etmirdilər. Bu zaman biz daha səbrli olmalı, qarşımızdakılarla yaxşı əlaqə qurmalıyıq.

- Gələcəkdə bu sahədə hansı hədəfləriniz var? Formula 1-dən başqa hansısa beynəlxalq idman tədbirlərində işləməyi düşünürsünüzmü?

- Bakı Şəhər Halqası və Formula 1 mənim üçün yaxşı məktəb oldu. UFC və Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında da iş başında oldum. Gələcəkdə ölkə xaricində olan yarışlarda da fəaliyyət göstərmək istəyirəm. Artıq özümü bu sahənin bir üzvü kimi hiss edirəm.

- Nüfuzlu yarışlarda könüllü kimi işləmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Yaxınlarıma da hər zaman deyirəm ki, hər gənc həyatında bir dəfə də olsa könüllü kimi fəaliyyət göstərməlidir. Gənclərə tövsiyəm budur ki, heç vaxt qorxmasınlar və özlərinə inansınlar. İşinizi sevdiyiniz zaman hər şey ideal olur.

- Formula 1 yarışlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Formula 1 Qran-Prisi markadır. Ölkəmizin imicinə yüksək səviyyədə təsiri olur. Könüllülər tərəfindən yanaşsaq, onlar üçün böyük təcrübədir. Məncə, bu gözəl fürsətdir və hər kəs bunu dəyərləndirməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri