FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.
Oxu.Az xəbər verir ki, FHN-in Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılması olub.
Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 60 nəfəri FHN-in peşəkar yanğınsöndürən və xilasedicisi olub.
Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına BŞH-nin yanğınsöndürən marşallar komandası tərəfindən yanğın təhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.
Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.
Bu ilin iyul ayından başlayan bu növ təlimlər artıq 3-cü dəfədir keçirilir. Bundan sonra daha bir neçə təlimin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, builki Azərbaycan Qran-prisi sentyabrın 19-21-də paytaxt Bakıda keçiriləcək. Yarış müddətində FHN-in 30-dan çox xüsusi texnikası və 400-ə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















