İş var işçi yox: Universitetlər kadr hazırlaya bilmir
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Əmək bazarında müxtəlif sahələr üzrə vakansiyaların mövcudluğuna və bəzi iş elanlarında yüksək əməkhaqqı təklif edilməsinə baxmayaraq, işəgötürənlərin tələb etdiyi bacarıqlara malik kadrların tapılmasında çətinliklər yaşanır. Digər tərəfdən, ali təhsil alan məzunların bir qismi universiteti bitirdikdən sonra belə ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir. Bu isə universitetlərdə kadr hazırlığının keyfiyyəti, təhsilin praktiki yönümlülüyü və əmək bazarının real tələbləri arasındakı uyğunluq məsələsini yenidən gündəmə gətirir.
Bəs universitetlər əmək bazarının müasir tələblərinə cavab verən, praktik bilik və bacarıqlara malik mütəxəssislər yetişdirə bilirmi, yoxsa ali təhsillə real iş mühiti arasında ciddi uçurum var?
Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”a bildirib ki, hazırda əmək bazarında kifayət qədər ixtisas üzrə kadrlara ehtiyac var. Ən çox tələbat isə kənd təsərrüfatı yönümlü ixtisas sahələrinədir:
“Peşəyönümlü ixtisaslara əmək bazarında daha çox tələbat var. Bu nöqteyi-nəzərdən, faktiki olaraq, ali təhsil alan şəxslərin bir qisminin ixtisası mövcud vakant yerlərə uyğun gəlmir. Yaxud da həmin sahə ilə bağlı müəyyən qədər təcrübəsi yoxdur. Nəticə etibarilə belə vəziyyət yaranır ki, həmin vakant yerlər tutulmur.
Bəzi universitetlərdə təhsilin keyfiyyəti qənaətbəxş deyil. Yalnız istisna universitetlərimiz var ki, onlar yüksək səviyyədə təhsil verə bilirlər. Universitetlər çalışmalıdırlar ki, tələbələrə ən azı 3-cü kursdan etibarən təcrübə keçmək şəraiti yaratsınlar. İşəgötürən müəssisə tələbənin təcrübə keçdiyini görə bilsin və buna əsaslanaraq onu işə qəbul etsin.
Hazırda ali təhsil müəssisələrimizdə mövcud vakant yerlərə uyğun olaraq yalnız məhdud sayda ixtisaslar üzrə peşəkar kadrlar hazırlayıb əmək bazarına çıxarmaq mümkündür. Məsələn, iqtisadiyyat, neft-qaz sənayesi, informasiya texnologiyaları və kimya yönümlü sahələr üzrə bunu etmək mümkündür. Ümid edirik ki, növbəti illərdə ümumiyyətlə, əmək bazarının tələbinə uyğun olaraq təkcə ali təhsilə deyil, peşə təhsili istiqamətinə də maraq artar. İnsanlar düşünməlidirlər ki, peşə təhsili almaqla daha asan iş tapmaq imkanı əldə edə bilərlər. Bu, ali təhsil alıb oxuduqları ixtisas üzrə iş tapa bilməməkdən daha məqsədəuyğun ola bilər”.
Ekspert qeyd edib ki, əmək bazarının araşdırılması Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nəzarətində olan məsələlərdəndir. Onlar araşdırma aparır və hansı ixtisaslara daha çox tələbat olduğunu müəyyənləşdirərək aidiyyəti qurumlara təkliflər verirlər. Tələbə qəbulu da həmin təkliflər əsasında həyata keçirilir:
“Ümid edirəm ki, növbəti illərdə əmək bazarında tələb olunan ixtisaslar üzrə daha dəqiq kadr hazırlığının həyata keçirilməsi mümkün olacaq”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Noyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















