Bəzi insanlar niyə üzr istəməkdən çəkinirlər? Mütəxəssis AÇIQLADI
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özünəinamı aşağı olan insanlar səhvlərinə görə üzr istəməkdə çətinlik çəkə bilərlər.
Redaktor.az xəbər verir ki, bunu psixoloq və ruhi sağlamlıq üzrə mütəxəssis Yuliya Buzınnikova news.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu davranışın səbəbləri uşaqlıq dövrünə gedib çıxa bilər. Belə insanlar böyüdükləri ailədə valideynlərinin səhvlərini etiraf etmədiklərini görür və özləri də səhvlərini qəbul etmək əvəzinə müdafiəyə keçirlər.
Psixoloq qeyd edib ki, belə insanlardan üzr istəməyi israrla tələb etmək onların daha da qapanmasına səbəb ola bilər. Kənardan laqeydlik kimi görünən bu davranışın arxasında utanc, nüfuzunu itirmək qorxusu və üzr istəməyi məğlubiyyət hesab etmək dayana bilər.
Mütəxəssis əlavə edib ki, özünəhörməti zəif olan insanlar hətta kiçik səhvləri belə şəxsiyyətlərinə və nüfuzlarına zərbə kimi qəbul edirlər. Onlar həmçinin üzr istəməyi baş verənlərə görə özlərini günahkar hesab etməklə qarışdıra bilirlər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















