Icma.az
close
up
RU
İlin son ev oyunu: Darmadağınlara davam? İdman və Biz

İlin son ev oyunu: Darmadağınlara davam? İdman və Biz

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Millimiz sabah 2024-cü ilin son ev oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının V turunda Estoniyanı qəbul edəcək.

Görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Son illərə nəzər alsaq, millimiz doğma azarkeşlər önündə ilə möhtəşəm vida edib.

Ötən il İsveçə üç qolla şok yaşadan komanda 2022-ci ilin son ev matçında Qazaxıstana eyni aqibəti yaşadıb. Son iki ildə Bakının son qonaqları darmadağına məruz qalıblar.

Bu dəfə öz meydanındakı ilə Qəbələdə yekun vuracaq yığma həmin seriyanı 3-ə çatdırmaq arzusundadır. Üstəlik, Estoniya ilə mübarizədə üstünlük qazanmaq üçün də məhz belə hesab arzulanan sayılır.

Yığmanın son 10 ildəki son ev matçlarını nəzərdən keçirsək, müsbət balansa şahid olarıq. Komandamız bu görüşlərdən beşində qalib gəlib, 2 heç-heçə edib və üç dəfə uduzub.

Düzdür, 9 dəfə son ev matçını Bakıda keçirən yığmamız bir dəfə Zapreşiçdə oynamalı olub. Amma Xorvatiyadakı görüş də pis nəticələnməyib. Belə ki, milli son 4 ildə evdəki son görüşdə uduzmayıb: 2 qələbə və 2 heç-heçə. Son yenilgi isə 5 il əvvələ təsadüf edib.

16 noyabr 2014. Bakı. AÇ. Azərbaycan - Norveç 0:1
17 noyabr 2015. YO. Bakı. Azərbaycan – Moldova 2:1
8 oktyabr 2016. DÇ. Bakı. Azərbaycan – Norveç 1:0
5 oktyabr 2017. DÇ. Bakı. Azərbaycan - Çexiya 1:2
17 noyabr 2018. UML. Bakı. Azərbaycan - Farer adaları 2:0
16 noyabr 2019. AÇ. Bakı. Azərbaycan - Uels 0:2
14 noyabr 2020. UML. Zapreşiç. Azərbaycan - Monteneqro 0:0
14 noyabr 2021. YO. Bakı. Azərbaycan – Qətər 2:2
25 sentyabr 2022. UML. Bakı. Azərbaycan – Qazaxıstan 3:0
16 noyabr 2023. AÇ. Bakı. Azərbaycan - İsveç 3:0
DÇ – dünya çempionatının seçmə oyunu, AÇ – Avropa çempionatının seçmə oyunu, UML – UEFA Millətlər Liqası, YO – yoldaşlıq oyunu

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı Azərbaycan – Estoniya qarşılaşması sabah saat 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri