İlin sonuna dək Ağdamda əhalinin sayı 20 minə çatacaq
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu məskunlaşma prosesi bu ilin sonuna qədər Ağdam rayonunda ümumi əhalinin sayını 20 minə çatdıracaq”.
Modern.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Ağdam şəhərində 3 mindən çox, ümumilikdə isə Ağdam şəhəri və ətraf üç kəndlə birlikdə rayonda 8 mindən çox insan yaşayır.
“Bu, həqiqətən növbəti illərdə də davam edəcək bir prosesdir. Ağdamlılar öz torpaqlarına necə bağlıdırlar, bu torpağı necə bərpa edəcəklərini hamımız bilirik və bunu səbirsizliklə gözləyirik”, - deyə Emin Hüseynov qeyd edib.
Onun sözlərinə görə, Ağdamda məskunlaşma ilə yanaşı, infrastruktur layihələri də genişləndirilir. O, Bərdə-Ağdam avtomobil yolunun beynəlxalq standartlara uyğun inşa edildiyini, 47 kilometrlik Bərdə-Ağdam dəmir yolu xəttinin isə bu ilin sonuna qədər Xankəndiyə qədər uzadılmasının gözlənildiyini bildirib.
E.Hüseynovun sözlərinə görə, dəmir yolu xəttinin tamamlanmasından sonra Bakı-Ağdam-Xankəndi istiqamətində gündəlik qatarların fəaliyyət göstərməsi gözlənilir. Onun sözlərinə görə, bu, həm sakinlər, həm də sahibkarlar üçün əhəmiyyətli olacaq.
Emin Hüseynov həmçinin Ağdam Sənaye Parkının son 5 il yarım ərzində ölkənin ikinci ən böyük sənaye parkına çevrildiyini deyib. Bildirib ki, parkda artıq 170 milyon manatadək investisiya qoyulub, 1200-dən çox insan çalışır və 9-dan çox müəssisə fəaliyyət göstərir.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Oktyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















