Icma.az
close
up
RU
Ötən il İlisu kəndindəki “Sumuq qala” abidəsini 3600dən çox turist ziyarət edib AZƏRTAC

Ötən il İlisu kəndindəki “Sumuq qala” abidəsini 3600dən çox turist ziyarət edib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qax, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunda orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də İlisu kəndinin ərazisində yerləşən “Sumuq qala”dır. İnşa tarixi XVIII əsrə aid edilən bu müdafiə qülləsi sümük kimi möhkəm olduğu üçün yerli əhali tərəfindən belə adlandırılır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz olunur. Qala rayona gələn yerli və xarici turistlər üçün də böyük maraq doğurur.

İlisu Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Azər Qocayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2024-cü ildə “Sumuq qala”nı 3600-dən çox yerli və xarici turist ziyarət edib. Əcnəbi turistlər arasında Rusiya və Türkiyə vətəndaşları üstünlük təşkil edib.

Direktorun məlumatına görə, hazırda qoruğun ərazisində mühafizəyə götürülən 50 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bu abidələrdən 13-ü dövlət qeydiyyatına alınıb. Digər 37 abidənin də qeydiyyata alınması ilə bağlı müvafiq qurumlara müraciət olunub. Bu abidələrin bir qismi, o cümlədən “Sumuq qala”, “Ulu körpü” və “Ulu məscid” İlisu sultanlığı dövründə inşa edilib. “Qalaça”, “Bürc qala” və digərləri isə çar qoşunlarının sultanlığı işğal etdikdən sonra inşa edilmiş abidələrdir. Qoruğun ərazisində, həmçinin alban dövrünə aid abidələr də mövcuddur. “Cinli qala”, Ağçay kəndindəki “Oğlan qala-qız qala”, “Kilsə qalıqları” və digər abidələr daş yaddaşımızdır və bu diyarın qədimliyindən soraq verir.

Qeyd edək ki, “Sumuq qala”nın daxilində yerli əhalidən könüllü şəkildə toplanmış qədim əşyalar və sənətkarlıq nümunələri əsasında muzey də yaradılıb. Hazırda muzeydə xeyli sayda eksponat nümayiş etdirilir. Eksponatlar içərisində çörək bişirmək üçün istifadə olunan təndir maketi, sənətkar tərəfindən hazırlanmış əsa, qədim xalça qalığı, köhnə sandıq, çörək təhnəsi, mis qablar və digər əşyalar, həmçinin ötən əsrin 80-ci illərində qalada çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminə aid fraqmentlər gələnlərin marağına səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri