Icma.az
close
up
RU
İlk 3 ayda təqdim olunan Azərbaycan FİLMLƏRİ SİYAHI

İlk 3 ayda təqdim olunan Azərbaycan FİLMLƏRİ SİYAHI

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda son illərdə film sahəsində canlanma müşahidə olunur. Ötən il 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin təşəbbüsü ilə 40-dan çox film çəkilib. 2024-cü ildə Azərbaycan kinoteatrlarında isə ümumilikdə 27 yerli film nümayişə çıxarılıb. 2024-cü il ərzində 27 filmdən “Park Cinema” kinoteatrlar şəbəkəsində 25, “Cinemastercard” şəbəkəsində 19, Nizami Kino Mərkəzində isə 14 yerli film göstərilib. 2024-cü il ərzində 100 gündən artıq kinoteatrda qalan filmlər bunlardır:


“Cin atı” – 346 gün
“Səma ilə görüş” – 300 gün
“Hozu dayə” – 248 gün
“Lanetli kitap” – 203 gün
“Elçilik” – 194 gün
“Xəyanətə yox” – 185 gün
 “Şor biznes” – 183 gün

Modern.az xəbər verir ki, 2025-ci ilin ilk aylarında da yerli filmlərin istehsalı davam edir. 

Yanvarın 11-i təqdimatı keçirilən, ötən il ilk hissəsi ilə izləyicilər tərəfindən tənqidlərə məruz qalan Hikmət Rəhimovun “Apatiya” filminin 2-ci hissəsi 2025-ci ildə nümayiş olunan ilk filmlərdəndir. Ssenaristin sözlərinə görə, "Apatiya" və "Apatiya 2" filmlərinin ikisi də sevgisizlik ideyası üzərində qurulub.

Filmdə uşaqların insan alverinin qurbanı olduğu yetimxanada Akif adlı oğlan özündən yaşca balaca dostunu da götürərək anasını tapamağ çalışır. Akif anasını heç gözləməyi anda heç gözləmədiyi vəziyyətdə tapır.

Yanvarın 14-də Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunan “Səma xanımı” qısametrajlı filminin təqdimatı keçirilib. Elvin Əhmədoğlunun rejissoru və ssenaristi olduğu film Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Televiziyası və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə ekranlaşdırılıb. Film ilk təyyarəçi və SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb Leyla Məmmədbəyova haqqındadır.

Filmdə Leyla xanımın qadınların bir çox məhrumiyyətlərinin olduğu 1930-1933-cü illərdə mübarizəsi, məcburi örtük olan çadradan imtinası, qorxmazlığı, möhkəm iradəsi bədii xətlə göstərilib. Eləcə də, cəmiyyətin qınağına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi diqqətə çatdırılıb. Filmdə tamaşaçıya Leylanın oxumaq istəyi, Bakı Təyyarəçilər Məktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və daha sonra paraşütdən tullanışı çatdırılır.


Yanvarın 17-də saat 19:00-da Nizami Kino Mərkəzində dövlət dəstəyi ilə istehsal olunmuş “Narqız” animasiya filminin, həmçinin “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçirilib. “Narqız” animasiya filmi Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin 2023-cü ildə təşkil etdiyi “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərindən  biridir. “Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Pıspısa xanım və siçan bəy” (Tıq-tıq xanım) animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər” qısametrajlı bədii filmi də 2023-cü ildə keçirilmiş müsabiqənin qalib işlərindəndir. Ekran işinin rejissoru və ssenari müəllifi Nurlan Həsənlidir.
Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi isə “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.

Fevralın 16-da rejissor Elməddin Alıyevin ekranlaşdırdığı “Qayıdış” sənədli filminin təqdimatı baş tutub. 55 dəqiqəlik tammetrajlı sənədli film Qarabağa böyük qayıdışdan bəhs edir. Ekran əsərində Laçından didərgin düşmüş bir arıçı ailəsinin 30 ildən sonra doğma torpaqlarına dönməsi prosesləri təsvir olunub. Onlar öz arılarını da Laçına apararaq burada yaşayarkən mövcud olmuş təsərrüfatlarını yenidən qurmağa çalışırlar. 

Film “Karvan Film Production” tərəfindən istehsal olunub. Rejissoru Elməddin Alıyev, prodüserləri Elməddin Alıyevlə Emil Nəcəfov, ssenari müəllifi Elməddin Alıyev, operatoru Vasif Vəlizadədir.

“Torpaqlarımız azad olunduqdan sonra Qarabağ mövzusunda bir film çəkmək istəyirdim. Təbii ki, bu istiqamətdə çəkilişini gözləyən, yazılmasına, deyilməsinə ehtiyac olan mövzularımız hələ çoxdur. Lakin bunların içərisində və başlanğıcında özümün bilavasitə içimdə yaşayan və bütün təfərrüatlarına bələd olduğum mövzunu seçməyi düşündüm. Bu əsnada ən səmimi şəkildə yanaşa biləcəyim mövzu öz ailəmin mənə tam bəlli hekayəsi ola bilərdi. Beləcə, bu ideyanı reallaşdırmağa qərar verdim. Filmin istehsal prosesi üç ilə yaxın vaxt apardı” - E. Allahverdiyev filmlə bağlı deyib.

Fevralın 18-dən rejissor Elvin Rüstəmzadə “Otel Loo” adlı yeni filmi nümayiş olunub. Xronomterajı 75 dəqiqə olan “Otel Loo” komediya janrındadır. Baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayev olan film “3İ Cinema” və “Gold Cine Vision” tərəfindən birgə istehsal olunur. Yaş həddi 16+ olan filmin operatoru Vasif Vəlizadə, rəssamı Ülviyyə Verdiyeva, bəstəkarı Vüqar Məmmədzadədir.

Ssenarisi Asiman Ağa Rövşənə məxsus filmin mövzusu Murad adlı tanınmış psixoloqun başına gələn hadisələr üzərində cərəyan edir. Murad müxtəlif sosial verilişlərdə ekspert qismində çıxışlar edir, problemli insanları dinləyir və onlara məsləhətlər verir. Bir gün də Aliyə adlı məşhur müğənni onun qəbuluna gəlir. Aliyənin əsl məqsədi ekspertlə münasibət yaratmaq olur. Əslində astrologiyaya həddən artıq inanan və həyatını bürclərə uyğun yaşayan Aliyə Muradı televizorda görüb bəyənib, hətta onun bürcü ilə maraqlanıb və müəyyən edib ki, ona ən uyğun partnyor elə Muraddır.

Fevralın 27-i Nizami Kino Mərkəzində təqdimatı olan Cavid Təvəkkülün “Spinozanın tanrısı” filmi ilin ən çox müzakirə olunan ekran işinə çevrildi. 

Film fotoqrafın sevdiyi qızın sirli yoxa çıxması ətrafında cərəyan edən hadisələri əks etdirir. Azərbaycan kinosunda ilk dəfə olaraq abstrakt üslubda çəkilən film, Spinozanın fəlsəfəsi və insan azadlığı kimi mövzulara toxunur.

Əsas rollarda Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova çıxış edir. Xalq və əməkdar artistlərimizin də yer aldığı aktyor heyəti, Türkiyəli operator Hüseyn Devrimin görüntüləri və Nicat Qafuroğlunun musiqisi ilə tamamlanıb. "Pelican Film" Prodakşn tərəfindən istehsal olunan film, ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyevin kinodakı ilk işidir. Kinonun devizi: "Belə hekayəm olmasaydı, kaş"


Aprelin 2-i Nizami Kino Mərkəzində rejissor Sədaqət Kərimovanın “Hal” bədii filminin təqdimatı keçirilib. Psixoloji dram və mistika janrında çəkilən film ailə-məişət zorakılığından bəhs edir. Ekran işinin ssenari müəllifi də Sədaqət Kərimovadır. Film müəllifin 1992-ci ildə yazdığı eyni adlı əsərinin motivləri əsasında ekranlaşdırılıb.

Xronometrajı 1 saat 50 dəqiqə olan filmdə rolları Mir Sahib Qabiloğlu, İranə Kərimova, İlyas Əhməd, Kəbirə Həşimli və başqaları ifa ediblər. Həmçinin yaradıcı heyətdə quruluşçu operator Elxan Rüstəmov, quruluşçu rəssam Sevda Məmmədova, bəstəkar Sədaqət Kərimova, səs rejissoru Teymur Kərimov, montaj rejissorları Nicat Qayıbov, Sahib Ağayev, qrimçi Səadət Sadıqova, geyim rəssamı İradə Heydərova və başqaları yer alır.

“Bu film mənəviyyata bir çağırışdır. Təsəvvür edin ki, hər gün, bəlkə də hər saatda ətrafımızdakı insanların yanından keçirik, amma onların ürəklərindən xəbərsiz oluruq. Mən bu filmimlə insanlara demək istəmişəm ki, bir-birinizin yanından elə belə, laqeydcəsinə keçməyin. Bacardığınız qədər onların qəlbinə boylanın. Görün orda nə faciələr yaşanır” – deyə S. Kərimova bildirib.

Aprelin 2-i təqdimatı keçirilən digər film Taleh Yüzbəyovun “ Bəlkə də” filmi olub. Filmdə keçmişdəki səhvlərini düzəltmək üçün zaman maşını yaradan ixtiraçı qeyri-adi bir vəziyyətlə qarşılaşır. Belə ki, bir gün onun evinə həyata qayıtmaq istəyən ruhlar axın etməyə başlayır…

Filmin prodüserliyini Nicat Xəlilov, quruluşçu operatorluğunu İman İmanov, quruluşçu rəssamlığını Səbuhi Atababayev, səs rejissorluğunu isə Xan reallaşdırır. Rolları Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov canlandırırlar.


Çoxseriyalı "Tağıyev" filminin ikinci seriyası “Tağıyev: Çar” filmi aprelin 3-dən kinoteatrlarda nümayiş olunur. Qeyd edək ki, filmin birinci hissəsi ötən il nümayiş olunub. Filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Tağıyevin həyatının müxtəlif dövrlərinə işıq salır. Bu ekran işində onun verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, məqsədləri ilə bağlı inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi üçün atdığı tarixi addımlar haqqında məlumat almaq, yaşadığı dövrə səyahət etmək mümkün olacaq. İkinci seriyada əsasən Tağıyevin dövrünün çar Rusiyası ilə münasibətləri, çətinlikləri və mübarizəsi filmdə təsvir edilir.

Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. 

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:357
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri