Icma.az
close
up
RU
İlk beynəlxalq yarışında medal qazanan parabadmintonçu: İdman həyatımda çox şeyi dəyişdi

İlk beynəlxalq yarışında medal qazanan parabadmintonçu: İdman həyatımda çox şeyi dəyişdi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

“Parabadminton həyatımda bir çox şeyi dəyişdi. Bədənim fiziki olaraq inkişaf etdi. Özümə olan inamım artdı. Ona görə də hər kəsi idmanla məşğul olmağa, vaxtını səmərəli keçirməyə dəvət edirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan parabadmintonçusu İlkin Bağırzadə deyib.

Serbiyada keçirilmiş Gimnaziada İdman Oyunlarının komanda yarışlarında gümüş medal qazanmış 12 yaşlı idmançı 1 ilə yaxındır parabadmintonla məşğul olduğunu, bu müddət ərzində qatıldığı ilk və yeganə beynəlxalq turnirdə fəxri kürsüdə yer almağın qürurverici hiss olduğunu söyləyib: “Parabadmintonla məşğul olmağa qərar vermədən öncə yutub kanallarında müxtəlif idman növləri ilə əlaqəli videolar izləyirdim. Nədənsə diqqətimi məhz parabadminton çəkdi. Videolara baxmağa davam etdikcə, məndə bu idman növünə həvəs yarandı. Bu yolda mənə ailəm də dəstək oldu. Milli komandanın üzvü İbrahim Əliyevin əldə etdiyi uğurları gördükcə, motivasiyam daha da artdı. Onu öz kumirim hesab edirəm. Nəhayət, parabadmintona yazıldım. Çox sağ olsunlar ki, məşqçilərim də mənə kömək oldular”.

O, Gimnaziadanın karyerasında çox yaxşı iz buraxdığını bildirib: “İdmana yeni başladığım və beynəlxalq yarışlarda iştirak etmədiyim üçün dostlarım elə də çox deyil. Amma Gimnaziadada bir çox idmançı ilə tanış oldum. Onların arasında güləşçilər və paraüzgüçülər var idi. Ölkəmə dünya arenasında medal qazandırmaq qürurverici hissdir. Özümdən bu nəticəni gözləmirdim. İlk yarışım idi və təcrübəsizlik istər-istəməz özünü büruzə verirdi. Əsas odur ki, Vətənə mükafatla qayıtdım”.

İ.Bağırzadə badmintonla yanaşı, futbol və üzgüçülüklə də maraqlandığını qeyd edib: “Sevimli futbol komandam “Qarabağ”dır. Bu kluba və onun qapıçısı Şahruddin Məhəmmədəliyevə azarkeşlik edirəm. Təəssüf ki, komandanın matçlarını heç vaxt tribunadan izləməmişəm. Sevimli klubumun matçlarını canlı olaraq izləmək istərdim”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri