Icma.az
close
up
RU
“İlk günlərdən daim məndən qol gözləyiblər” (MÜSAHİBƏ)

“İlk günlərdən daim məndən qol gözləyiblər” (MÜSAHİBƏ)

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Sabah”ın futbolçusu Coy-Lens Mikelsin “Futbolpress.az“a müsahibəsi:

– Ardıcıl qələbələrdən sonra ev oyununda “Şamaxı” ilə heç-heçə etdiniz. Qələbə üçün nə çatmadı?
– Çətin oyun olacağını bilirdik. “Şamaxı” yaxşı müdafiə olunmağı bacaran komandadır. Rəqib kompakt oyun sərgiləyir. Fikrimcə, irəli xətdə son toxunuşda dəqiqlik çatmadı. Bu oyunda qalib gəlmək üçün bizə bir qol lazım idi. Təəssüf ki, 3 xal qazana bilmədik.

– Komandanın əsas hücumçusu Pavol Şafrankonun yoxluğunda irəlidə böyük yük üzərinə düşür. Məsuliyyət əlavə təzyiq yaratmır?
– Pavolun yoxluğunu hiss edirik, onun üçün darıxırıq. Əslində, klubda olduğum ilk günlərdən daim məndən qol gözləyiblər. Mən də bu gözləntini ən yaxşı şəkildə qarşılamağa çalışmışam. Ona görə də, əlavə təzyiq hiss etmirəm. Öz mövqeyimdə oynamasam da, komandama kömək etmək üçün əlimdən gələni edirəm.

– Qarşıda “İmişli” ilə oyun var. Rəqib debütant olsa da, bu mövsüm sizə qalib gəlməyi bacarıb. Revanş düşüncəsi var?
– “İmişli” ilə oyun çox çətin keçəcək. Bildiyim qədər ilə rəqib hazırda ev oyunlarını keçirdiyi stadionda məğlub olmayıb. Bəli, ilk oyunda məğlubiyyətimiz gözlənilməz olmuşdu. Çox güman, rəqib yenə müdafiədən çıxış edəcək. Səfərə 3 xal üçün yollanırıq. Ümid edirəm ki, komanda olaraq bu oyundan qələbə ilə ayrıla biləcəyik.

– Çempionluğa namizədlər sırasındasınız. Qarşınıza konkret qızıl medal hədəfi qoyulub?
– Yaxşı komandamız var. Hər oyunumuza qələbə üçün çıxırıq. Əsas məqsədimiz budur. Mövsümün sonunda hansı nəticəni qazanacağımızı görəcəyik.

– Artıq bir neçə ildir, Azərbaycandasınız. Gəldiyiniz ilk dönəmdən bu yana Premyer Liqa necə dəyişib?
– Rəqabət artır, yarış inkişaf edir. Azərbaycan çempionatında hər oyun çətin olur, hər komanda qələbə üçün sona kimi mübarizə aparır. Fikrimcə, hər mövsümdə keyfiyyət bir qədər də yüksəlir.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri