Icma.az
close
up
RU
“İlk iki matçda “Qarabağ” və “Zirə” kimi güclü komandalarla üz üzə gəldik” uğursuz, amma ümidlidilər...

“İlk iki matçda “Qarabağ” və “Zirə” kimi güclü komandalarla üz üzə gəldik” uğursuz, amma ümidlidilər...

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Misli premyer-liqasında mövsümün ikinci yarısına ən uğursuz start verən komanda “Şamaxı”dı. Daha dəqiqi, “şirlər” son üç turda bir xal da qazanmayıb. Halbuki bölgə təmsilçisi “transfer pəncərəsi”nin ən fəalı olmaqla yanaşı, premyer-liqada qalmaq uğrunda mübarizə aparır.

Görəsən, klub rəhbərliyi təhlükənin fərqindədimi? Autsayderlər sırasında qərarlaşan komandanın premyer-liqada qala biləcəyinə inanırmı? Transferlər “şirlər”i həqiqətən gücləndirib, yoxsa uğurlu seçimlər deyil?
“Football-plus.az”ın suallarını “Şamaxı”nın idman direktoru Kamran İsmayılov cavabladı:

“Komandamızda hər şey qaydasındadı. Növbəti oyuna hazırlaşırıq. Heç bir problem yoxdu. Planauyğun çalışırıq. Təəssüf ki, qışdan sonra keçirdiyimiz ilk üç oyunda xal qazana bilmədik. Amma çempionatın ikinci yarısı hələ yeni başlayıb. Biz də xal ehtiyatımızı artıracağıq. Bəlkə də belə müqayisə aparmaq doğru olmaz, lakin biz ilk iki matçda “Qarabağ” və “Zirə” kimi güclü komandalarla üz-üzə gəldik. Düzdü, istənilən rəqibə qarşı oynamaq çətindi. Lakin bu komandaların ilk “üçlük”də qərarlaşdığını unutmamalıyıq. Əsas odu ki, hansısa problemimiz yoxdu. Düşünürəm ki, bu heyətlə premyer-liqada qala biləcəyik. Vəzifəmizin öhdəsindən gələcəyimizə inanırıq. İmkan daxilində güclənmişik. Bəzi futbolçularımız hələ komandaya yeni qoşulub. Bir neçə oyunçumuz bizimlə birgə təlim-məşq toplanışında iştirak etməyib. İndi tam güclərini göstərməkdə çətinlik çəkirlər. Bütün futbolçular kollektivə uyğunlaşandan və formaya düşəndən sonra bizə xeyir verəcəklər. Gələcəyə ümidlə baxıram. “Qarabağ” və “Zirə”yə qarşı göstərdiyimiz oyun inamımı artırıb. Hər şeyi zaman göstərəcək”.


Xatırladaq ki, “Şamaxı” 17 xalla 9-cu sıradadı. Bölgə təmsilçisi sonuncu pillədə qərarlaşan "Səbail"i cəmi 2 xal qabaqlayır.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri