İlk insanlar belə olub (Foto)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiensin üz cizgiləri alimlər tərəfindən rəqəmsal texnologiyaların köməyi ilə yenidən canlandırılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Mərakeşdə yerləşən Cebel İrhud ərazisindən aşkarlanan fosillər tədqiqat üçün əsas mənbə kimi istifadə olunub. Alimlər müxtəlif fərdlərə məxsus kəllə, çənə və diş qalıqlarını araşdıraraq onların əsasında 3D kəllə modeli hazırlayıblar.
Daha sonra yaradılan modelə əzələ, piy və dəri təbəqələri əlavə edilib. Bunun nəticəsində erkən Homo sapiens-in mümkün üz görünüşü ortaya çıxarılıb.
Rəqəmsal bərpada qabarıq qaş quruluşu, geniş burun və dolğun dodaqlar diqqət çəkir. Bununla belə, həmin insanların saç və saqqalının, eləcə də dəri rənginin necə olduğu fosillər əsasında dəqiq müəyyən edilə bilmir. Bu xüsusiyyətlərin elmi məlumatlar əsasında təxmini şəkildə modelləşdirildiyi bildirilir.
Qeyd edək ki, təxminən 315 min il əvvələ aid Cebel İrhud fosilləri Homo sapiens növünün məlum olan ən qədim qalıqları sırasında yer alır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Oktyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















