İlk “iPhone”a gülürdülər Sonrası tarix oldu
Icma.az, Modern.az saytına istinadən bildirir.
Bəzən dünyanın gedişatını dəyişəcək böyük bir ideya ilk baxışdan qeyri-mümkün, hətta gülünc görünə bilər. Tarix boyu bir çox məhsul bazara çıxarkən sərt tənqid, istehza və şübhə ilə qarşılaşıb. Onlardan biri də texnologiya sahəsinin liderlərindən olan “Apple” şirkətinin ilk “iPhone” modeli olub.
Modern.az BBC-yə istinadən xəbər verir ki, “Apple” ilk “iPhone”u təqdim edəndə cihaz ictimaiyyət tərəfindən istehza ilə qarşılanıb. Tənqidçilər 500 dollarlıq qiymətə gülür və cihazın tamamilə uğursuz olacağını proqnozlaşdırırdılar.
Həmin dövrdə “iPhone”da fiziki klaviaturanın olmaması da ciddi tənqid olunurdu. Fiziki klaviaturaya malik “BlackBerry” cihazları daha funksional hesab edilirdi.
Tənqidçilər həm musiqi pleyeri, həm də kompüter funksiyalarını bir cihazda birləşdirməyin qeyri-mümkün olduğunu düşünürdülər. Nazik şüşə ekranın asanlıqla qırıla biləcəyi, batareyanın işləmə müddətinin isə həmin dövrün digər cihazları ilə müqayisədə daha az olduğu bildirilirdi.
“Microsoft”un baş direktoru Stiv Ballmer də “iPhone”un əhəmiyyətli bazar payı qazanacağına inanmadığını açıqlamışdı.
Lakin həmin proqnozların əksinə olaraq, “iPhone” zamanın sınağından keçdi. Məlumata görə, 2007-ci ildən etibarən “iPhone” “Apple” üçün 2,1 trilyon dollardan çox ümumi gəlir əldə edib.
Lamiyə Cənnətzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Oktyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















