Icma.az
close
up
RU
İlk virtual xəstəxana təqdim olunub Həkimlərin iki ilə görə biləcəyi işi qısa müddətdə həll edib + VİDEO

İlk virtual xəstəxana təqdim olunub Həkimlərin iki ilə görə biləcəyi işi qısa müddətdə həll edib + VİDEO

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinin Tsinghua Universitetinin Süni İntellekt Sənaye Araşdırmaları İnstitutu (AIR) tərəfindən hazırlanmış dünyanın ilk süni intellekt xəstəxanası ictimaiyyətə təqdim edilib.

"Süni İntellekt Dəstəkli Virtual Xəstəxana" adlandırılan bu sistemdə 21 sahə üzrə 42 virtual həkim fəaliyyət göstərir.

Bu virtual xəstəxanada həkimlər, tibb bacıları və xəstələr süni intellektin dil modelləri əsasında yaradılan ağıllı nümayəndələrlə əvəzlənib. Yeni sistem öz aralarında əlaqə qura bilən, real xəstəxana proseslərini — qeydiyyatdan başlayaraq diaqnoz, müalicə, resept, reabilitasiya və nəzarətə qədər tam şəkildə simulyasiya edən qapalı dövrlü bir süni intellekt arxitekturasına əsaslanır.

Alimlərin bildirdiyinə görə, bu texnologiya həm tibbi ədəbiyyatı təhlil edir, həm də xəstə müalicəsi ilə bağlı qərarlar verərək təcrübə əsasında özünü daim təkmilləşdirir.

Qısa müddətdə 10 min virtual xəstəni müayinə edən sistem, real şəraitdə bir həkimin iki il ərzində baxa biləcəyi qədər xəstəyə xidmət göstərib. Süni intellekt həkimlərinin, tənəffüs yolu xəstəliklərini əhatə edən MedQA adlı məlumat bazasında 93,06% dəqiqliklə diaqnoz qoyduğu qeyd olunur.

Tsinghua Universitetinin baş tədqiqatçısı Liu Yan bu texnologiyanın diaqnostika və müalicə sahəsində inqilabi dəyişikliklərə yol açacağını, həkimlərə və əhaliyə böyük fayda verəcəyini bildirib. Bununla belə, qeyd olunur ki, sistemin real istifadəyə verilməsindən öncə milli səhiyyə qanunvericiliyinə uyğunlaşdırılması və insan-süni intellekt əməkdaşlığının ən effektiv formalarının araşdırılması vacibdir.

Hazırda tədqiqat qrupu süni intellekt həkimlərinin diaqnoz qoya biləcəyi xəstəlik spektrini genişləndirmək və onların peşəkarlığını artırmaq üzərində çalışır. Alimlərin fikrincə, sistem real istifadəyə keçmək üzrədir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri