İlkin Qırtımov: Komandamın yanında olmaq üçün məşqlərə tez qoşulmağa çalışacağam
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum, təcrübəmlə kömək edim".
Apasport.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu İlkin Qırtımov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib:
"Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır. Davamlı müayinə olunuram. Şükür ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnşallah, işlər arzuladığımız şəkildə gedər".
Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib:
"Ürəyi "Kəpəz"lə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum, təcrübəmlə kömək edim".
İmaməddin Xəlilov: "Bəzi hisslər var ki, onları ifadə etmək olmur" Santuş millidən gedir, yerinə tanış serb gəlir Avropa çempionatı: Millimizin ikinci mərhələdəki rəqibləri bəlli olub İmaməddin Xəlilov Vətənə dönüb "Qarabağ"ın akademiyasının komandaları üçün seminar təşkil olunub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















