Kəpəzin futbolçusu: Komandamın yanında olmaq üçün məşqlərə tez qoşulmağa çalışacağam
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum.
"Report" xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu İlkin Qırtımov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib: Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdı. Davamlı müayinə olunuram. Şükür ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnşallah, işlər arzuladığımız şəkildə gedər".
Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib: "Ürəyi "Kəpəz" ilə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum. "Kəpəz"ə təcrübəmlə kömək edim".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















