Icma.az
close
up
RU
İllər sonra yenə dalaşdılar!

İllər sonra yenə dalaşdılar!

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

İllər sonra yenə dalaşdılar!

Bir vaxtlar dost olan influenserlər Leyla Hüseynova ( Leila_land) və Mehin Oktaylı (İconmekh) arasında gərginlik yaşanıb.

OLAY yazır ki, buna səbəb Leylanın sosial şəbəkələrəd paylaşılan postlardan birinə yazdığı şərh olub.

Belə ki, Leyla səhifənin küsmə səbəblərinin həyat yoldaşı İqo Hüseynovla Mehinin yaxın dostluğunu qısqanması olduğu iddiasına cavab verib:

“Bu, necə nağıldır yazmısınız? Artıq söhbət tapılmır deyə illərdir bitən, bizim unutduğumuz sizin unutmadığınız mövzuya hər cür yalan səbəblər yapışdırdınız. Onu qeyd edim ki, İqoyla Mehini əsla qısqanmamışam, əksinə araları yaxşı olması üçün əlimdən gələni etmişəm, çünki dostumla yoldaşımı mehriban görmək istərəm. Əgər qısqanc biri olsaydım, model biri ilə ailə qurmazdım. Hələ dost dediyim insanları əsla. Mehinlə bağlı, özü subay biri haqqında  belə haqsız sözlər yazmağınız günah və ayıbdır. Pul məsələsini rəylərdə oxuyub ayrıca güldüm, nə əlaqə? Gürcüstana gedəndə ondan bir gün əvvəl Mehinə “səmimiyyətsizsən” dediyim üçün yolda məni danışdırmadı. O sözü deməyimin səbəbi varıydı. Bu gün də sözümün üstündəyəm və ona görə də hər kəsdən uzaqlaşmışam, kimsə məndən uzaqlaşmayıb. Mehinin də məndən incimə səbəbləri varıydı. Nəticədə uzun il dost olmuşuq. Bilmədən xətrinə dəymiş ola bilərəm. Amma kimdən uzaqlaşmışamsa, özüm uzaqlaşmışam. O ki qaldı barışmaq istəməyimə kinsiz biri olduğum üçün hamilə vaxtı, hormonlardan dolayı toy videosuna baxarkən kövrəldim və sadəcə “story”də video paylaşdım, bu qədər. Bunu da Mehin hər kəsə başqa cür yaydı və o söhbətlərdə elə düz elədiyimdən bir daha əmin oldum. Bu barədə də heç danışmadım çünki nəticədə bir dostluq olmuşdu və mənə yaraşmazdı. İllərlə hərcür onlar tərəfdən instaqram “taciz”inə məruz qalsam da, səssiz qaldım, son Həminin doğum günü qrupuna qədər.  Bununla da hər kəslə söhbəti bağladıq. Bu məlumatı da yazdım ki, bəsdirin boş şayiələr yazdınız. Videom varsa, toy, pul söhbəti və ya başqa açın tapın paylaşın. O ki Məsi söhbətinə gəlsək, əsla elə bir şey olmayıb. Məsinin necə birini olduğunu Mehin məndən daha gözəl bilir. Salonda hər kəsin içində mənim deyil Məsi ilə Mehinin davası olub, Məsiyə timsah göz yaşları axıtma deyəndə Mehindir”.

Bundan sonra Mehin Leylanın şərhinə reaksiya verib:

“Boş-boş danışıb sadəcə. İllərdir ağzımı kəsdiyimiz çörəyə görə açmamışam. Ortada Vüqar əmi (atası) var idi deyə. O bizdən xahiş eləmişdi ki, yola verək onu. Amma o ona qoyulan hörmətə belə mənasız rəy yazıbsa, cavabı gələcək”.

Mehinin şərhini görən Leyla “story” bölməsində bu sözləri yazıb:

“Bu günə qədər susdum, hətta orda belə sənin haqqında pis danışmasınlar deyə mədəni açıqlama verdim, amma bura qədər idi səbrim. Çox şükür hər zaman hamıya dürüst və düzgün olmuşam, sözümü içi sən qarışıq hamının üzünə demişəm! Amma sən öz ağzınla üzümə belə instaqramda  izləyicim çoxaldığı üçün əsəb keçirdiyini deyən biri olmusan. Sonra biri açıq kosmetika vermişdi deyə onu linçləyən, yayan da sən idin. Hətta yenə həmin şəxsin ailəsini dağıtmaq istəyən də sən idin. Mənə dedin ki, “fake” profil açıb nişanlısına onu aldatdığını göndərmək istəyirəm! Mən də sənə dedim ki, dəlisən, yuva yıxanın yuvası olmaz. Sonra yenə indi ki, ən yaxının olan birinin o çox iyrəncdir, adam baxanda ürəyi bulanır, görən sevgilisi ona necə dözür deyən... Sonra “Məsinin sənin pulunu oğurladığını” deyən, hətta Nazlıda qırğın çıxardıb, sonra da “yalvardı yalandan bağışladım timsah göz yaşları tökdü” deyən də sən idin. Bunun kimi minlərlə sənin iç üzünü aça biləcəyim şeylər var! Hələ hamı toy elədi qalxdı, mən qalıram, nə edim deyib, toy kimi ad günü edib qalxacam deyən də və edən də sən idin! Hələ bir az da bu çirkinliyə davam eləsən daha da betərlərini paylaşacam. Bir az adam ol! Amma o səndə olmayıb, olmayacaq da! Sırf bu çirkinliklərinə görə də sənə səmimiyyətsiz deyib uzaqlaşmışam! Çox şükür bu gün də hamı öz ürəyinin çörəyini yeyir. İçindən cin çıxartdırmaq yerinə ürəyini təmizləsən, halallıq istəsən, bəlkə həyatın düzələrdi, amma artıq çox gec! Bəzi insanlar pis gəlir və düzəlmir! Sən də onlardansan! Həyatında ətrafında gərçək olan heç nə yoxdu! Belə paylaşımlar etməyi sevmirəm. İzləyicilərimdən çox üzr istəyirəm bu “story”lər üçün! Sırf söz-söhbət olmasın deyə, bu barədə çox şayiələr paylaşılırdı və mənim yoldaşımla adları hallandığı üçün, yenə də paylaşıb çirkinləşmək istəmədim, o, pis görünməsin deyə sakit bir açıqlama yazdım. Çünki normalda özünə yazardım, amma “xanımcığaz”la bloklaşdığımız və onda danışılacaq bir üz olmadığı üçün əlaqə saxlaya bilmədim. Yoxsa burada danışmaq yerinə üzünə çox gözəl gərçəkləri vurmaq istərdim! Amma instaqram əhli belədir reytinq üçün hər şey “story”də olur. Hələ çox şeyi paylaşmadım. Sırf tərbiyəmə və keyfiyyətimə görə illərdir hamını yola verirəm. Bu döngüdən sırf buna görə çıxa bilmirəm və normal bitirməkdə olmur, imkan vermirlər! Ona görə də bu səfər axıra qədər məndə gedəcəm! Bezdim!  Artıq sakit qalmayacam! Hər kəs həddini bilsin!  Çox şükürlər olsun bu gün öz qəlbimin çörəyini yeyirəm! Ağlı başında olan hər kəs  kimin nə olduğunu çox gözəl bilir! Mən illərdir tək olsam da, hər zaman var olmuşam, siz illərdir səmiyyətsiz “kruq”larda qalmısınız. Özləri də çox gözəl bilir hər şeyi, amma tək qalacaq gücləri,  bacarıqları olmadığı üçün sürü şəklindən ayrılmırlar.  Ona görə də siz hamınız bir Leyla tək”.

Mehindən Leylanın “story”lərinə cavab gecikməyib:

“Çirkinləşmək istəyirsən, başa düşürəm, reytinqin düşüb, onu da başa düşürəm, Amma hazır ol çünki illərin susmağı sənə çox baha başa gələcək. Olmayan şeyleri olmuşcasına, yazan deyən ve buna inanan insanların diaqnozu bilirsən nədir? Şizofreniya”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://olay.az
archiveBu xəbər 22 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see490

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see285

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see274

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see247

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see236

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see228

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see225

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see211

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see197

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see186

Gənc ana və oğulları

09 İyun 2026 03:48see172

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see169

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see168

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see167

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see163

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see163

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see162

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see159

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see158

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri