İllərdir istifadə etdikləri qarajları əllərindən alındı VİDEO
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
75 ailənin yaşadığı binanın zirzəmisinin qanunsuz olaraq zəbt olunduğu iddia edilir.
"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Murtuza Nağıyev küçəsində yerləşən çoxmərtəbəli binadandır. Burada yaşayan sakinlər deyir ki, 2 ildir ki, binanın zirzəmisi tanımadıqları şəxslər tərəfindən özəlləşdirilib.
Sakinlər illərdir yaşadıqları binada indi maşınlarını saxlamağa yer tapmadıqlarını deyirlər.
Məlum oldu ki, sözügedən bina "Atlant-İnşaat" MMC-nin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən MMC-yə müvafiq qaydada istismara icazə sənədi verilib. Bu sənədləşmənin əsasında 2016-cı il tarixində binanın bütün yaşayış, qeyri-yaşayış və qaraj sahələrinə "Atlant-İnşaat" MMC tərəfindən mülkiyyət əsaslı çıxarış alınıb. Daha sonra binanın bütün yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən qarajlar notarial qaydada müxtəlif fiziki şəxslərə satılıb. O da bildirildi ki, hal-hazırda «Atlant-İnşaat» MMC-nin sözügedən binada hər hansı mülkiyyət hüququ yoxdur. 2023-cü ildən binanın idarə edilməsi bina sakinləri tərəfindən həyata keçirilməkdədir.
Baxış sayı:114
Bu xəbər 16 May 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















