İlon Mask qorxularını dilə gətirdi
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İlon Mask ABŞ-nin və gələcək nəsillərin gələcəyi ilə bağlı qorxularından danışıb.
Sfera.az xəbər verir ki, iş adamı bu barədə fikirlərini "Fox News"da bölüşüb.
"Mənim narahat olduğum bir çox şey var. Bilirsiniz, demək olar ki, hər ölkədə doğum səviyyəsi çox aşağıdır. Və bu dəyişməsə, sivilizasiya yox olacaq. İnanıram ki, Amerika indiyə qədərki ən aşağı doğum nisbətinə sahibdir. Koreya kimi ölkələrdə doğum nisbəti yenilənmə nisbətinin üçdə birinə bərabərdir. Bu o deməkdir ki, üç nəsildən sonra Koreya indiki ölçüsünün 3 və ya 4 faizini təşkil edəcək. Görünür, bunu heç nə dəyişə bilməz. Bəşəriyyət ölür",- o bildirib.
İ.Mask Amerikanın gücünün zəifləmə ehtimalından narahat olduğunu da qeyd edib:
"Amerika bütün Qərb sivilizasiyasını saxlayan mərkəzi sütundur. Əgər o sütun dağılırsa, hər şey bitmiş olur. Yeni Zelandiyaya və ya başqa yerə qaça bilməzsiniz. Odur ki, ya biz bu sütunu gücləndirib, Amerikanı güclü edəcəyik və uzun müddət güclü olacağıq, ya da tavan çökəcək”.
Firuzə Əliyeva
Baxış sayı:117
Bu xəbər 31 Mart 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















