İlon Mask Ukraynanı hədələyir
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı milyarder İlon Mask növbəti dəfə Ukrayna ilə bağlı qalmaqallı açıqlama verib. Məşhur iş adamı deyib ki, onun "Starlink" sistemi Ukrayna ordusunun onurğa sütunudur və onu söndürsə, Ukraynanın bütün cəbhə xətti dağılacaq.
Reyting.az-ın məlumatına görə, Mask bildirib ki, onun şirkəti "SpaceX" tərəfindən yüksəksürətli internetə çıxış üçün yerləşdirilmiş qlobal peyk sistemi olan "Starlink" Ukraynanı böyük məğlubiyyətdən qoruyur.
Məşhur iş adamı "X" sosial şəbəkəsində dərhal düşmənçiliyə son qoymağa, sülhə gəlməyə çağırış edib.
Xatırladaq ki, fevralın sonunda "Reuters" agentliyi üç mənbəyə istinadla yaymışdı ki, Kiyev ilə Vaşinqton öz aralarında mineral ehtiyatlarla bağlı razılığa gəlməyəcəyi təqdirdə, ABŞ cavab kimi Ukraynanı "Starlink"-dən ayıracaq. Lakin İ. Mask bu məlumatı təkzib etmişdir.
Oqtay QORÇU
Baxış sayı:202
Bu xəbər 10 Mart 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















