İlon Maskın yeni cihazı anadangəlmə kor insanlara görmə imkanı verəcək?
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İlon Maskın təsis etdiyi “Neuralink” şirkəti 2025-ci ilin sonuna qədər yeni beyin çipini xəstələrin beyninə implantasiya etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, “Blindsight” adlanan bu innovativ vizual implant hətta tamamilə görmə qabiliyyətindən məhrum olan insanlara belə görmə imkanı qazandıracaq.
Mask “X” (keçmiş “Twitter”) platformasındakı səhifəsində verdiyi açıqlamada bildirib ki, bu texnologiya anadangəlmə kor insanlar üçün də nəzərdə tutulub və gələcəkdə infraqırmızı, ultrabənövşəyi spektrlərdə görməyə, hətta radar dalğa uzunluqlarını aşkar etməyə imkan verəcək.
“Neuralink”in sosial şəbəkələrdə yaydığı məlumata görə, “Blindsight” cihazı ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən "sıçrayışlı bir inkişaf" kimi təsdiqlənib. Bu, cihazın yaxın gələcəkdə klinik sınaqlara və daha geniş istifadəyə hazır ola biləcəyini göstərir.
Yeni texnologiya elm dünyasında böyük maraq doğurur və nevroloji problemlərin müalicəsində inqilabi bir addım kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:İlon Maskın yeni çipi korlara gözlülərdən üstün görmə qabiliyyəti verəcək
21 Aprel 2025 14:18
İlon Maskın şirkəti Azərbaycana hesabat verəcək
26 Avqust 2025 16:51
İlon Maskın sərvəti artır
12 Noyabr 2024 10:43
İlon Maskın səhhəti pisləşdi
03 Aprel 2025 20:32
İlon Maskın davamçısı axtarılır
01 May 2025 12:54
Baxış sayı:123
Bu xəbər 31 Mart 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















