Icma.az
close
up
RU
İlon Maskla bağlı araşdırma tələb edildi: Trampın xeyrinə X sosial şəbəkəsində dəyişikliklər edib?

İlon Maskla bağlı araşdırma tələb edildi: Trampın xeyrinə X sosial şəbəkəsində dəyişikliklər edib?

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

İlon Maskla bağlı araşdırma tələb edildi: Trampın xeyrinə "X" sosial şəbəkəsində dəyişikliklər edib?

Avropa Parlamentinin (AP) müxtəlif ölkələrdən olan bir qrup üzvü ABŞ-li sahibkar İlon Maskı prezident seçkisində qalib gələn Donald Trampı dəstəkləmək üçün özünə məxsus "X" sosial şəbəkəsində dəyişikliklər etməkdə ittiham edib.

Oxu.Az-ın Lenta.ru-ya xəbərinə görə, bu barədə məlumat Avropa Parlamentinin deputatlarının Avropa Komissiyasına (AK) göndərdiyi parlament sorğusunda yer alır.

"Kvinslend Universitetinin tədqiqatçıları tərəfindən aparılan son araşdırma göstərib ki, İlon Maskın "X" sosial media hesabında aktivlik iyul ayından etibarən kəskin şəkildə artıb, onun paylaşımlarına baxışlar 138 faiz, retvitlər 238 faiz, bəyənmələr isə 186 faiz artıb. Baxışların artımı digər tanınmış siyasi hesablardan daha sürətli baş verib. KİV-də dərc edilən xəbərlərdə bildirilir ki, əvvəllər Mask şəffaflıqdan kənar olmaqla, alqoritmə təsir edərək öz kontentinə prioritet dəyər qazandırmaq istəyib. Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzinin hesabatından məlum olub ki, Maskın siyasi paylaşımları Trampı dəstəklədiyi vaxtdan bəri 1,7 milyard baxış sayı alıb", - deyə deputatlar bildiriblər.

Bundan əlavə, müraciət müəllifləri vurğulayıblar ki, Maskın paylaşımlarına baxış sayının artması, həmçinin, onun Ukraynadakı münaqişə və antisemitizm, sui-qəsd nəzəriyyələri ilə bağlı mesajlarına da aiddir.

"Alqoritm dəyişikliyi Aİ-də vətəndaş diskursuna və seçki proseslərinə, eləcə də ictimai təhlükəsizliyə aydın şəkildə təsir göstərir və bu risk Aİ Rəqəmsal Xidmətlər Aktına uyğun olaraq qiymətləndirilməlidir", - deyə Avropa Parlamentinin üzvləri qeyd ediblər.

Eyni zamanda, bununla əlaqədar olaraq, onlar Avropa Komissiyasını Maskın alqoritmləri dəyişdirməsi ehtimalı ilə bağlı məhkəmə araşdırmalarına başlamağa çağırıblar.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri