Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

İlqar Məmmədovla Kamal Cəfərov dalaşdı: “Hələ də anlaya bilmir ki...”

İlqar Məmmədovla Kamal Cəfərov dalaşdı: “Hələ də anlaya bilmir ki...”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Kamal Cəfərovla Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri, siyasətçi İlqar Məmmədov arasında qarşıdurma yaranıb.

“Yeni Sabah” xəbər verir ki, buna iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri səbəb olub.

İ.Məmmədov Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi ilə bitən seçkilərlə bağlı şərh verib. O iddia edib ki, Ermənistanın Baş naziri konstitusiyanı dəyişməmək üçün səsvermənin nəticələrindən yararlanmağa çalışacaq.  

“İndi Paşinyan deyəcək ki, mən bütün kampaniyanı həm də konstitusiyanın preambulasının dəyişdirilməsi təklifi ilə də apardım, amma görürsünüz də, heç 50 faiz ala bilmədim, nəticəm cəmi 49 faizdir və həmin o 49 faizin çoxunu da başqa işlərimə görə almışam, buna görə yox. Odur ki, gəlin ya bu mövzunu sülh sazişi gündəmindən çıxaraq, ya da əlavə olaraq elə şeylərə anlaşaq ki, mən bu preambula dəyişikliyinin vacibliyinə ictimai rəyi inandıra bilim”.

ReAL-ın sabiq sədri iddia edir ki, Azərbaycanın o preambula məsələsini həlledici şərt kimi qoyması ən əvvəldən yanlış diplomatik xətt idi. Onun fikrincə, hüquq, siyasət və tarix kəsişməsində qərarlar verərkən aşırı leqalist yanaşma heç də ən doğrusu deyil. Beynəlxalq münasibətlər Azərbaycanın daxili siyasəti deyil ki, leqalist düşüncənin yaratdığı keyfiyyət kəsirləri dövlətin zor, məcburlama alətləri ilə rahat-rahat doldurula”.

Siyasətçinin bu fikirlərinə deputat K.Cəfərov sərt cavab verib:

“İlqar Məmmədovun Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarına dair açıqlaması siyasi məsuliyyətsizlikdir.

Birincisi, Ermənistanın daxili seçki arifmetikası Azərbaycanın sülh şərtlərinin məzmununu müəyyən etmir. Vətən müharibəsinin qalibi kimi Müzəffər Azərbaycan və cənab Prezident İlham Əliyev müəyyən edir.

İkincisi bu leqalizm deyil. Ermənistanın konstitusiyası Müstəqillik Bəyannaməsinə istinad edir və həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları var.

Bu isə formal-texniki detal deyil. Bu, Ermənistanın dövlət ideologiyasının bünövrəsidir. Biz heç bir halda bunu sülh sazişi ilə yan-yana yaşada bilmərik. Bu güzəşt deyil, özünü inkar etmək olardı.

Beynəlxalq münasibətlər tarixinə baxsaq, ən davamlı sülh sazişləri əsas iddia çərçivəsini dəyişdirənlərdir. Almaniyanın 1990-da “İki+Dörd” Müqaviləsi ilə ərazi iddialarından rəsmi imtina etməsi kimi nümunələr göstərir ki, Ermənistandan tələb olunan isə güzəşt deyil, beynəlxalq hüquqa uyğun çərçivənin dəyişdirilməsidir.

Üçüncüsü əgər Paşinyan həqiqətən deyəcəksə ki, "konstitusiya dəyişikliyini ictimaiyyətə inandıra bilmirəm", bu o deməkdir ki, erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi irredentist çərçivəyə hələ də bağlıdır. Paşinyan dəstəklənsə də, erməni cəmiyyətində bu xəstəlik hələ də davam edir.

Ona görə bu gün Ermənistan Konstitusiyasına dəyişiklik olmadan imzalanmış sülh sazişi, sabah həmin qüvvələr tərəfindən bəzi maraqlı xarici qüvvələrin dəstəyi ilə çox asanlıqla siyasi şəkildə eroziyaya uğradıla bilər.

Beləliklə, təkcə bu arqumentin özü Azərbaycanın konstitusiya tələbinin nə qədər haqlı olduğunu bir daha təsdiq edir.

Dördüncüsü Paşinyanın 49%-i onun daxili zəifliyidir, bunu Azərbaycanən zəifliyi kimi təqdim etmək məntiqsizlikdir. Görünür İ.Məmmədov hələ də qəbul edə bilmir, ya da anlaya bilmir ki, sülh gündəliyinin şərtlərini Azərbaycan müəyyən edir, bu reallıqla beynəlxalq ictimaiyyət hesabalaşır. Və şərtləri müəyyən edən ölkə üçün qarşı tərəfin zəifliyi güzəşt üçün deyil, əksinə əlavə təzyiq üçün imkan yaradır.

Yekunda “çətin olduğu üçün tələb yanlış idi” demək məntiqi, əgər ardıcıl şəkildə tətbiq edilsə, hər prinsipal mövqedən geri çəkilmək üçün arqumentə çevrilər.

Çox təəssüf ki, tarix boyu Azərbaycan xalqı bunun acısını çox çəkib. Azərbaycan xalqı İlham Əliyevə tam inanır və liderinin nəyi, nə vaxt, necə edəcəyinə də tam güvənir”.

İlqar Məmmədovun deputata cavabı isə gecikməyib:

“Bugün yazdığıma YAP-çı deputat Kamal Cəfərovun dərhal cavab statusu yazması maraqlı faktdır. Əvvəllər mən deyəndə ki, Ermənistanın konstitusion preambulası ilə bağlı tələbin sülh sazişinin imzalanmasına qəti şərt kimi qoyulması yanlış diplomatiyadır, hakimiyyətdə sözümə heç fikir verən yox idi. İndi Ermənistandakı seçkinin nəticəsi dediyimi doğrulaya bilər deyə, acıqlarına gəlir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri