Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İLQAR TÜRKOĞLU CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ

İLQAR TÜRKOĞLU CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ədəbiyyatında və mətbuatında dərin, silinməz izlər qoymuş, taleyi repressiya və sürgün ağrıları ilə yoğrulmuş bütöv bir şəxsiyyəti – Cavad Cavadlını ehtiramla yad edirik. Bildiyimiz kimi,  onun uşaqlıq illəri totalitar rejimin ən qanlı dövrünə - 1937-ci il repressiyalarına təsadüf etdi. Cəmi 12 yaşında ikən ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilən gənc Cavad, uzun illər boyu "xalq düşməninin övladı" damğasını çiyinlərində daşımağa məcbur oldu. Amma taleyin bu amansız sınaqları, aclıq və məşəqqətlər onun daxilindəki elm, təhsil və azadlıq eşqini söndürə bilmədi. O, hər bir çətinliyə sinə gərərək təhsil aldı, Bakı Dövlət Universitetinin jurnalistika bölməsini bitirdi. Cavad Cavadlının ömür yolunun böyük bir hissəsi mətbuatla bağlı olmuşdur. O, 50 ildən artıq bir müddətdə "Azərbaycan müəllimi" qəzetində çalışmış, burada Ədəbiyyat şöbəsinə rəhbərlik edərək neçə-neçə gənc qələm sahibinin yetişməsində böyük rol oynamışdır. Onun yaradıcılığı bədii gücü və tarixi yaddaşı özündə birləşdirən bənzərsiz bir xəzinədir. Cavad Cavadlı Azərbaycan poeziyasında dissident ədəbiyyatın və sürgün mövzusunun əsas yaradıcılarından biridir. Müəllifin qələmə aldığı, sürgün həyatının və insan iradəsinin poetik salnaməsi olan "Sürgün" mənzum romanı və "Cəhənnəmdən qaçmış uşaq" kimi əsərləri, repressiyaya uğramış Azərbaycan ziyalılarının çəkdiyi acıları gələcək nəsillərə ötürən canlı bir tarix sənədidir. Şair eyni zamanda uşaq ədəbiyyatının da dəyərli nümunələrini yaratmışdır.

Cavad Cavadlı 2015-ci ildə, 89 yaşında dünyasını dəyişsə də, arxasında əyilməz bir vətəndaş ruhu və zəngin bədii irs qoyub getmişdir. Onun yaradıcılığı bizə sübut edir ki, haqsızlıq və zülm keçicidir, lakin söz, yaddaş və vətən sevgisi əbədidir.

*   *   *

Başlatdılar türkə qəsdi qəflətən,

"Qara əl" qapını kəsdi qəflətən,

Əsdi qara yellər, əsdi qəflətən,

Arzular, ümidlər yuvada qaldı-

Şərəflə yürümək Cavada qaldı.

Ailə qürurundan enmədi bir an,

Ocağının közü sönmədi bir an,

Türklük amalından dönmədi bir an,

Alnına yazılan davada qaldı-

Şərəflə yürümək Cavada qaldı.

Beləcə başladı qardaş dastanı,

Qazax ellərinin sirdaş dastanı.

Türkün bir can, bir qan-yaddaş dastanı,

Silinməz izləri, obada qaldı-

Şərəflə yürümək Cavada qaldı.

Bir nəslin adıyla böyüdü zaman,

Köksünün harayı, küyüdü- zaman.

Atanın, ananın öyüdü - zaman,

Bu ömür dastanı saf ada qaldı-

Şərəflə yürümək Cavada qaldı.

Bu da bir ömürdü, keçdi, beləcə,

Ulusun yoluydu, seçdi, beləcə,

Şərəflə dünyadan köçdü, beləcə,

Doğmalar doğmaya, yad yada qaldı-

Günəşli sabahlar Cavada qaldı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Sentyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri