Icma.az
close
up
RU
İlyas İsmayılovdan ağsaqqal məsləhəti: Lax yumurtalarla uğraşma!

İlyas İsmayılovdan ağsaqqal məsləhəti: Lax yumurtalarla uğraşma!

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər OĞUZ

***

Ağsaqqalım İlyas İsmayılovun xəstələndiyindən gec xəbər tutdum. Vəziyyətini öyrənən kimi də ziyarətinə getdim.

Sən demə, 1 aydan çoxdur imiş ki, diz qapağında başlayan ağrılar onun hərəkət etməsinə mane olurmuş. Bədəninin digər hissələrindən, o cümlədən daxili orqanlarından heç bir şikayəti yox idi. Sadəcə sağ dizində yaranmış bu ağrılar dağ boyda adamı yorğan-döşəyə salıb. İçimdə “tifağın dağılmasın, dünya” deməkdən özümü saxlaya bilmədim.

Qarşısında məni görüncə, sanki gözlərinin dərinliklərində sevinc şəfəqi bərq vurdu. Tibb bacısının dediyinə görə, bir neçə gün əvvəllə müqayisədə əhvalı xeyli yaxşılaşmışdı. Sevindim ki, mən də onun əhvalının düzəlməsinə şahidlik edirəm.

Ayaq üstə durmamağımı, ona yaxın yerdə oturmağımı istədi. Mən də stulu çəkib ona ən yaxın yerdə oturdum. Xeyli söhbətləşdik, mənimlə köhnə xatirələrini yada saldı, dünyada, regionumuzda və ölkəmizdə baş verənlərdən danışdıq. Hətta Naxçıvanı da yaddan çıxartmadı. Muxtar Respublikadakı hazırkı vəziyyəti soruşdu. Mən də təbii ki, “canişin” əfəndi adlanan adamın “lax çıxdığını” hörmətli ağsaqqalın nəzərinə çatdırdım. Güldü. Dedi ki, “sən ağıllı adamsan, gül kimi vaxtını “lax yumurtalara” həsr eləmə. Böyük işlərlə uğraş. Qəbul et ki, həyatın qanunu belədir. Bütün yumurtalar salamat çıxmaz. Təbii ki, içərisindən lax çıxanlar da olur və dünya durduqca da belə olacaq. Amma lax yumurtalar sən düşündüyün qədər də təhlükəli deyillər. Onların təhlükəliliyi lax olduqları anlaşılana qədərdir. Sənin kimi saf-çürük etməyi bacaran adamlar yumurtanın lax çıxdığını anlayandan sonra onların səbətdə yer tutmaq şansları da bitər. Bir az səbr elə, hər şey yoluna düşəcək”.

Söhbətimiz əsnasında mənə partiyaya qayıtmağımı xahiş etdi. Dedim ki, qayıdaram: “Amma bir şərtlə; sizli və sizin sədrlik etdiyiniz partiyada fəaliyyət göstərmək istəyərəm. Mənim partiyaya qayıtmağım sizdən asılıdır. Tezliklə, sağalın, ilk əvvəl siz partiyadakı fəallığınızı bərpa edin, mən də sizi izləyim. Əks halda, İlyas İsmayılov kimi bir nəhəngin yanında yetişmiş bir şəxs olaraq başqasının tabeliyində işləyə bilmərəm. Özümün isə partiya rəhbərliyinin heç bir postunda gözüm yoxdur. Odur ki, siz tezliklə sağalmağa çalışın, qalanını sonra müzakirə edərik”.

Mənimlə razılaşdı. “Üzərimə böyük məsuliyyət qoyursan. İnşallah, tezliklə partiyada görüşərik”, - dedi.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Yanvar 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri