İmamoğlu həbsxanada bu otaqda saxlanılır
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən 51 nəfər Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsinə aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, İmamoğlu həbsxanadakı ilk anlarında iki aydır həbsdə olan Zəfər Partiyasının sədri Ümit Özdağla görüşüb.
"İBB sədrinin saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində çoxlu tanış simalar var. Bunlar iş adamı Osman Kavala, vəkil Can Atalay, keçmiş Esenyurt və Beşiktaş bələdiyyə başçıları Ahmet Özer və Rıza Akpolat və menecer Ayşe Barımdır", - deyə KİV qeyd edib.
Digər tərəfdən İmamoğlu həbxsanada kamera tipli otaqda tutulur. Otağın sahəsi 15 kvadratmetrdir.
Gülayə Mecid
Baxış sayı:157
Bu xəbər 25 Mart 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















