İmamoğlunun həbsinə Tramp razılıq verib Özgür Özəl açıqladı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə ana müxalifət partiyasının – CHP-nin növbədənkənar qurultayı keçirilib. Sədr postuna yeganə namizəd hazırkı sədr Özgür Özəl seçilib.
Globalinfo.az xəbər verir ki, Özgür Özəl çıxışında Əkrəm İmamoğlunun həbsi ilə bağlı diqqətçəkən iddia səsləndirib.
O, bildirib ki, Əkrəm İmamoğlunun həbsi ABŞ ilə razılaşdırılıb.
“İmamoğlunun həbs ediləcəyindən Trampın xəbəri var idi. Çevrilişə cəhdi planlaşdıranların, tətbiq edənlərin ölkəmizin hər sahəsində olduğunu bilirik. Bir əlaqə isə okeanın o biri tərəfindədir”, – Özgür Özəl deyib.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ senatoru Kris Mörfi də Əkrəm İmamoğlunun həbsi qərarının Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığından sonra olduğuna diqqət çəkərək, “yəqin ki, Tramp həbs qərarını təsdiqləyib” demişdi.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















