İmamoğlunun son görüntüsü diqqət çəkdi: Məhkəmə zalındakı çıxışı FOTO
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Hazırda "korrupsiya" istintaqı çərçivəsində həbsdə olan Əkrəm İmamoğlunun İstanbul Universiteti Direktorlar Şurasının universitet dərəcəsinin ləğvi qərarına qarşı qaldırdığı iş üzrə məhkəmə iclası İstanbul 5-ci İnzibati Məhkəməsində başa çatıb.
Turkustan.az xəbər verir ki, İstanbul 5-ci İnzibati Məhkəməsinin heyəti qərarını ən geci 15 gün ərzində verəcək. Qərar verildiyi tarixdən etibarən 30 gün ərzində yazılacaq, imzalanacaq və tərəflərə təqdim ediləcək.
Dinləmə İstanbul 5-ci İnzibati Məhkəməsi tərəfindən Silivridəki Marmara Qapalı Həbsxanasının məhkəmə zalında keçirilib. CHP lideri Özgür Özel səhər saat 11:20 radələrində məhkəmə zalına daxil olub. Qısa müddət sonra Əkrəm İmamoğlu da gətirilib və alqışlarla qarşılanıb.
Məhkəməni Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu və oğlu Səlim İmamoğlu ilə yanaşı, bir neçə millət vəkili, CHP İstanbul İl sədri Özgür Çelik, Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkan və çoxlu sayda partiya üzvü izləyib.
Diplomunu müdafiə etmək üçün deyil, gəncin dövlətinə güvənərək qurduğu həyatı dağıtmağa çalışıldığını göstərmək üçün məhkəməyə gəldiyini bildirən Əkrəm İmamoğlunun xeyli arıqladığı müşahidə edilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















