Icma.az
close
up
RU
İmamoğlunun taktikası deşifrə olundu: Özünü prezident elan edib...

İmamoğlunun taktikası deşifrə olundu: Özünü prezident elan edib...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Kılıçdaroğlu prezidentliyə namizəd ola və bu dəfə qalib gələ bilər

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlu və digərlərinin həbsinə etiraz edənləri bugün “iqtisadi boykota” çağırıb. O, aprelin 1-i axşamkı paylaşımında “Tələbələrə, analara, atalara, qardaşlara qarşı bu zülmə qarşı gənclərin başlatdığı istehlak boykotunu ürəkdən dəstəkləyirəm. Hər kəsi bu boykota qoşulmağa və istehlakçı gücündən istifadə etməyə dəvət edirəm” deyib. Xüsusilə İstanbulda bir çox kafe, restoran və iş yeri aprelin 2-də qapalı olacaqlarını və satış etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Türkiyə prokurorluğu İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda iqtisadi boykot çağırışlarını araşdırır. İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada qeyd olunur ki, ictimaiyyətin bir hissəsini iqtisadi fəaliyyətlərdən çəkindirməyə yönələn çağırışlarla bağlı istintaq aparılır. Açıqlamada bu çağırışların “nifrət nitqi və ictimai düşmənçiliyin qızışdırılması ilə bağlı qanunların pozulması” ehtimalı əsasında araşdırıldığı qeyd olunub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, istənilən ölkədə qeyri-stabillik ölkə iqtisadiyyata ciddi zərər vurur:

Eldəniz Əmirov

“Türkiyədə yaşanan hadisə də ölkəyə investisiya həcmlərinin daxil olmasına, inflyasiya göstəricilərinin yüksəlməsinə və s. ciddi iqtisadi təsirlər formalaşdırır. Əgər hazırda boykotla bağlı çağırış edənlərə qarşı təhqiqat başlayıbsa, bu, boykotun təsirlərinin böyük olacağı anlamına gəlir. Amma konkret olaraq bu boykotların nə cür təsir edəcəyi boykotun həcmindən, boykot ediləcək istiqamətlərdən və hansı miqyasda olacağından asılıdır”.

Türkiyədə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Prof. Dr. Hasan Oktay isə Globalinfo.az-a açıqlamasında bildirib ki, Cumhuriyyət Xalq Partiyası prezident seçkilərindən 3 il əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu vasitəsilə prezidentlik kampaniyasına başladığında Türkiyədə gündəm qəfil dəyişdi:

“Fransada ifrat sağçı siyasətçi Le Pen Avropa fondlarından aldığı yardımı partiyasındakı siyasətçilərə paylamaq əvəzinə mənimsəməkdə təqsirli bilinərkən, Türkiyədə Əkrəm İmamoğlu ilə bağlı məhkəmə prosesi üçün də hüquqi əsas yaranmış oldu. CXP hökumətin həyata keçirdiyi proqramların ədalətsiz və qanunsuz olduğu iddiası ilə Əkrəm İmamoğlu vasitəsilə həyata keçirdiyi küçə nümayişləri və bugünkü iqtisadi boykotla etiraz edir. İmamoğlunun günahkar olub-olmamasına məhkəmələr qərar verəcək, amma görünən odur ki, özünü tələsik prezident elan etmə istəyi və tələbi onun günahkar psixologiyası ilə hərəkət etdiyi fikrini ön plana çıxarıb. Prezident seçkiləri prosesindən özünə siyasi və hüquqi sipər kimi istifadə etmək istədiyi iddia edilən İmamoğlunu hökumət nəzarətdə saxlayaraq bu taktikanın qarşısını alıb”.

Ekspertin sözlərinə görə, hökumətin 25 illik fəaliyyəti istər-istəməz bir kütlə formalaşdırıb və bu kütlə Cümhuriyyət Xalq Partiyasına o qədər də müsbət yanaşmasa da İmamoğlunun timsalında yaranan bu vəziyyət CHP-nin mitinqlərində kütlələri bir araya gətirib:

“Bu, hökumət tərəfindən təhlükəli proses kimi dəyərləndirilir və buna görə də iki günlük Ramazan bayramı tətilini 9 günə qədər uzatdılar. Bununla da kütlənin diqqətini bayrama və tətilə yönəldiblər. Hökumətin bu addımına cavab olaraq CHP də iqtisadi boykot qərarı verdi və hökumətdən narazı olan kütlələr bu gün kəndlərində, şəhərlərində, bölgələrində, vilayətlərində alış-veriş etməyərək, müəyyən mənada hökumət əleyhinə aksiyanı bütün Türkiyəyə yaymaq üçün addım atdılar. Bu, hökumətə qarşı bir addım kimi görünsə də, iqtisadi böhranla üzləşən vətəndaşlar və kommersiya fəaliyyətləri bundan mənfi təsirlənəcək. Bu səbəbdən Cümhuriyyət Xalq Partiyası bunun iqtisadi miqyasını çox da düşünmədən aksiyanı bütün ölkəyə yayıb. Lakin bu iqtisadi böhranın qarşısıalınmaz yüksəlişi qarşısında həyata keçirilən boykot hərəkatı böhranın bir az da dərinləşməsinə və bütün vətəndaşlara mənfi təsir göstərməsinə səbəb oldu”.

Hasan Oktay

H.Oktay qeyd edib ki, Cümhuriyyət Xalq Partiyası İmamoğlunu öz partiyasının namizədi kimi irəli sürərək, Türkiyənin seçici meyllərini nəzərə almadan passiv siyasət həyata keçirdi və bununla da Ərdoğanın yenidən seçilməsi üçün zəmin yaratmış oldu:

“Türkiyədə seçici profilinin 70%-i sağ, 30%-i sola meyllidir, ona görə də Cümhuriyyət Xalq Partiyasının sırf öz 30%-lik kütləsinə arxalanaraq prezident seçkisi keçirmək cəhdi onun bu yarışı əvvəldən uduzması deməkdir. Əvvəlki prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu altı sağçı partiya ilə ittifaq yaratmasına baxmayaraq, seçkiləri az fərqlə uduzdu. İndi yeni CHP rəhbərliyi hadisələri yaxından izləməklə, küçə etirazları ilə kütləni siyasiləşdirməklə öz sıralarına çəkə bilmədiyi üçün 6 apreldə keçiriləcək qurultayda partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun yenidən namizəd olacağı ehtimalı var. Və ola bilsin ki, prezident seçkilərində əvvəlki kiçik taktiki səhvlərə yol verməməklə yeni dövrdə sağçı seçicilərdən səs ala biləcək prezident profili ilə seçkilərdə qalib gəlmək ehtimalı olsun”.

O, yekun olaraq qeyd edib ki, bu iqtisadi boykot iqtidarın daha da sərtləşməsinə və cəmiyyətin qütbləşməsinə səbəb olacağından Cümhuriyyət Xalq Partiyasına o qədər də fayda verməyəcək.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri