Icma.az
close
up
RU
İmamoğlunun təqsirləndirilən şəxs kimi həbs olunması dediklərimizə bariz nümunədir Deputat

İmamoğlunun təqsirləndirilən şəxs kimi həbs olunması dediklərimizə bariz nümunədir Deputat

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Son günlər ölkədə yaxından izlənilən bir siyasi proses də Türkiyədə baş verən siyasi hadisələrdir.

Daha dəqiq, Türkiyədə Əkrəm İmamoğlunun həbs olunması bir sıra maraqlı siyasi şərhlərə də rəvac verib.

Belə ki, siyasi şərhçilərdən bəziləri bu prosesin əslində, Əkrəm İmamoğlunun nüfuzunun qaldırılmasına, dəqiq desək, gələcək prezident olmasına dair atılan addımlardan biri olduğunu bildirirlər.

Ancaq bunun belə olmadığını deyənlər də var. 

Milli Məclisib deputatı Vüqar İskəndərov Gununsesi.info-ya açıqlamasında bildirib ki, əvvəla, bu məsələ Türkiyənin daxili işidir:

“Türkiyə hüquqi və demokratik dövlətdir, hal-hazırda baş verən hadisələr də bu ölkənin daxili məsələsi hesab edilməlidir. Zaman-zaman Türkiyədə dövlət məmurları ilə bağlı yolsuzluq, korrupsiya və digər cinayətlərdə məhkəməyə cəlb olunması hadisəsi baş verib. Bu da məmurların korrupsiyaya qurşanmaların qarşısını almaq üçün atılan addımlardan hesab edilir. Əkrəm İmamoğlunun hazırda təqsirləndirilən şəxs kimi həbs olunması, istintaqın aparılması da dediklərimizə bariz nümunədir”,- deyə deputat bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan hələ bir müddət əvvəl bu məsələlərlə bağlı çıxışlar da edib:

“Rəcəb Tayyib Ərdoğan zaman-zaman bu məsələləri öz çıxışlarında qeyd edirdi. Bir müddət öncə İstanbul Böyükşəhər Bələdiyyəsində yeyintilərin olması ilə bağlı yerli mediada məqalələr çap olunurdu və Əkrəm İmamoğlu tərəfindən belə bu məsələlərə reaksiyalar ironiya ilə yanaşılırdı, bunu iqtidar partiyası tərəfindən atılan böhtan kimi dəyərləndirirdilər. Lakin faktları yazan müstəqil yazar və jurnalistlər məsələnin heç bir siyasi çəkisinin olmadığını, bələdiyyə məmurlarının korrupsiyaya qurşanmalarını qeyd edirdilər. Bu proseslərə təbii olaraq hansısa rəyin olması doğru olmaz. Hal-hazırda Əkrəm İmamoğlu və bir çox bələdiyyə məmurlarının təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunub və məhkəməyə qədər istintaqın aparılır. Belə olan halda isə hökm olmadan hər hansı bir qərarın verilməsi, onunla bağlı bir rəyin olması doğru deyil”,– deputat həmçinin bildirib.

“Türkiyədə yalnız bələdiyyədə yox, hərbidən tutmuş sosial-iqtisadi sahələrdə də belə məsələlər baş verib. Əgər təqsirləndirilən şəxsin günahı olmayıbsa, onlar azad ediliblər. Odur ki, hamı istintaqın nəticələrini gözləməlidir. Azərbaycan-Türkiyə əlaqələri isə dərin tarixə söykənən, zəngin bağlarla bir-birinə möhkəm pərçimlənmiş əlaqəlidir. Burada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan və Türkiyə tarix boyu bir yerdə olacaq. Yekun olaraq onu bildirmək istəyərdim ki, Əkrəm İmamoğlu və digər şəxslərin istintaqa cəlb olunması və istintaqın gedişi bir sıra vacib məsələləri üzə çıxardacaq. Bələdiyyə məmurlarının hakimiyyətə gəldikdən sonra kifayət qədər varlanmaları və bununla bağlı istintaqın ilkin gedişatında üzə çıxan faktlar onu deməyə əsas verir ki, istintaq orqanlarının şübhələri etibarlıdır. Xülasə, istintaq və onun yekunu nəticə olaraq bizə bu məsələnin sonunu aşkara çıxardacaq. Yekun fikir də o zaman söyləniləcək”, – deyə Vüqar İskəndərov fikrini yekunlaşdırıb.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Mart 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri